![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/c/cf/N%25C9%2599sr%25C9%2599ddin_Tusinin_portreti.jpg/640px-N%25C9%2599sr%25C9%2599ddin_Tusinin_portreti.jpg&w=640&q=50)
Nəsirəddin Tusi
filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas / From Wikipedia, the free encyclopedia
Nəsirəddin Tusi (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; 18 fevral 1201[1][2], Tus, Nizari İsmaili Dövləti[3][1] – 26 iyun 1274[1][2], Kazımiyyə[d], Bağdad, Elxanilər dövləti[1]) — fars[4] filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Əsasən Marağada yaşamış və fəaliyyət göstərmişdir.
Nəsirəddin Tusi | |
---|---|
fars. نصيرالدین طوسی | |
![]() Nəcəfqulu İsmayılovun "Nəsirəddin Tusi" portreti (1981) | |
Doğum adı | مُحمد بن مُحمد بن الحسن الطُوسي |
Doğum tarixi | 18 fevral 1201[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 26 iyun 1274[1][2] (73 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Elm sahələri | astronomiya, kəlam, islam fəlsəfəsi, riyaziyyat, kimya, biologiya, fizika, tibb, etika, fəlsəfə, tarix, hüquq, teologiya, coğrafiya, musiqi, optika, mineralogiya, Okkultizm, elm |
İş yerləri | |
Tanınmış yetirmələri | Nəcməddin Qəzvini, Qütbəddin Şirazi, Cəmaləddin Həsən Hilli |
![]() |
Türkoloq Əhməd Zəki Vəlidi Toğana görə Nəsirəddin Tusi türk və monqol dili və yazısını, monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrini öyrənmişdir. Türk dilində əsər yazmışdır.[5]
Nəsirəddin Tusinin Molla Nəsirəddin ilə eyni bir şəxs olduğu düşünülür.
Bir sıra Azərbaycan alimləri Tusinin azərbaycanlı/türk olduğunu iddia edir.[6]