![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/66/Narcissus_flowers.jpg/640px-Narcissus_flowers.jpg&w=640&q=50)
Nərgizgülü
From Wikipedia, the free encyclopedia
"Nərgizlər" bura istiqamətləndirir. Digər istifadə formaları üçün baxın: Nərgiz (dəqiqləşdirmə)
Nərgizgülü (lat. Narcissus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Nərgizgülü | ||||||||
---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Amaryllidoideae Triba: Narcisseae Cins: Nərgizgülü |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Bağla
Xoş ətirli, gözəl görunuşlü nərgizin Şimal ölkələrində öz — özünə yetişən 40 növü vardır. Ana vətəni Avropa olan bu bitkiyə İspaniya və Portuqaliyada rast gəlinir. Arıların köməyilə tozlanır. Ancaq təbii olaraq bütün Ağ dəniz sahillərində də bitir. Avropa, Şimali Amerika və Şimali Afrika ölkələrində yetişdirilir.
Narcissus Poeticus növü Türkiyədə Egey bölgəsində yetişdirilir. Yarpaqları və çiçək sapları eyni olsa da, çiçəkləri bəyaz, sarı, narıncı, çəhrayı rəngdə olan növlərinə rast gəlmək olar.