Nərgiz, Narçis (yun. Νάρκισσος mənası "qürurlu", "özündənrazı") yunan mifologiyasında çay tanrısı Kefisin oğlu.

Bu məqalə yunan mifologiyasında çay tanrıçası haqqındadır. Digər mənalar üçün Nərgiz (dəqiqləşdirmə) səhifəsinə baxın.
Cəld faktlar Mifologiya, Yunanca adı ...
Nərgiz
q.yun. Νάρκισσος
Mifologiya Yunan
Yunanca adı Νάρκισσος
Cinsi kişi[d]
Atası Kefis
Əlaqəli personajlar Exo, Afrodita
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Exo və Nərgiz

Rəvayətə görə Nərgiz çox yaraşıqlı gənc olduğundan bütün qızlar xüsusən nimfalar onu görcək ona vurularmışlar. Tiresiy ona öz əksini görməzsə çox yaşayacağını vəd etmişdir. Bu haldan çox lovğalanan Nərgiz heç kimi bəyənib sevməzmiş. Ancaq sevilməsindən lovğalıqla xoşhallanarmış. İlk dəfə çox gözəl qız olan nimfa Exo onaltı yaşlı Nərgizi ov edərkən görmüş və ona aşiq olmuşdur. Exo danışa bilmədiyindən eşqini ona aça bilməmişdir.

Thumb

Dialoq:
(Məzmununun tərcüməsi)
Nərgiz:-Burda kimsə var?
Exo:-Var.
Nərgiz:-Sən kimsən?
Exo:-Kimsən?
Nərgiz:-Bura gəl!
Exo:-Gəl!
Nərgiz:-Səni görmək olar?
Exo:-Olar.
Nərgiz:-Səni görmək istəyirəm!
Exo:-İstəyirəm!

Bu zaman öz füsünkar gözəlliyi ilə Exo Nərgizin boynuna sarilır. Exonun ona vurulmasını duyan Nərgiz soyuqqanlıqla ondan imtina edərək onu qovmuşdur.

Nərgiz:Sarsaqlama!
Exo:Sarsaqlama!
deyib və qaçıb gizlənmiş, pərt olmasından utanaraq göz yaşları tökmüşdür.

Məhəbbət və gözəllik ilahəsi Afrodita bu lovğalığa görə Nərgizi cəzalandırmağı qərar verir. Bir dəfə meşədə dolaşan Nərgiz bərk susayaraq su içmək üçün bir gölməçəyə yaxınlaşaraq orada öz əksini görür. Bu zaman Erot onun qəlbini öz oxu ilə yaralayır. Qarşısında kim olduğunu anlamayan Nərgiz öz əksinə aşiq olur. Hər dəfə əyilib onun dodaqlarından öpmək istəyərkən əksi təkrar-təkrar yoxa çıxarmış. Məhəbbətin nə olduğunu bilməyən Nərgiz artıq öz-özünə, əksinə vurulur və ondan heç vəclə ayrıla bilmir və gölməçə qırağında eşq dərdindən məhv olur. Yerində isə çiçəklər bitmiş olur.

Mənbə

  • Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
  • Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.