müğənni From Wikipedia, the free encyclopedia
Nensi Nabil Ajram (ərəb. نانسي نبيل عجرم; 16 may 1983-cü il, Əşrəfiyə) — Livan müğənnisi.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Nensi Ajram | |
---|---|
ərəb. نانسي عجرم | |
Ümumi məlumatlar | |
Doğum adı | Nensi bint Nabil Ajram |
Doğum tarixi | |
Doğum yeri | Beyrut, Livan |
Uşağı | 3 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1998–indiyə kimi |
Janrlar | Pop, ərəb popu. |
Albom şirkətləri |
EMI Arabia (1998) Megastar (2001–2005) In2Musica (2008–indiyə kimi) |
nancyajram.com | |
Vikianbarda əlaqəli mediafayllar |
İndiyə qədər 2-si uşaqlar üçün olmaqla, ümumilikdə 12 studiya albomu çıxaran sənətçi karyerası boyunca çox sayda mötəbər ərəb festivallarına qatılıb, həmçinin çox sayda mükafata layiq görülüb. Onlardan biri də Ən Yaxşı Yaxın Şərq Sənətçisi olaraq, 2008-ci ildə qazandığı World Music Awards mükafatıdır. Bununla da o, o zamana qədər həmin mükafatı almış ən gənc ərəb sənətçisi olmuşdur. Ardınca, 2012 və 2014-cü illərdə də World Music Awards mükafatına layiq görülmüşdür.
Nensi Ajram Coca-Cola şirkətinin Yaxın Şərqdə olan ilk və yeganə qadın sözçüsü olmuşdur. O, həm də UNICEF-in Yaxın Şərq üzrə ilk qadın xoşməramlı səfiridir. Bundan əlavə, sənətçi Tiffany&Co markasının da Yaxın Şərqdə ilk ərəb təmsilçisi olmuşdur. Nensi həmçinin sosial şəbəkələrdə ən çox izləyiciyə malik ərəb sənətçisidir. Bir çoxları tərəfindən onilliyin ərəb musiqi simvolu hesab edilən Nensi Oprah Winfrey Show-da Yaxın Şərqin ən nüfuzlu şəxsiyyətlərindən biri kimi təsvir edilmişdir. Nensi "Cosmopolitan" jurnalı tərəfindən 2023-cü ildə "Yaxın Şərqdə tanımalı olduğunuz ən ilhamverici 14 qadın" siyahısında 4-cü, həmin siyahıda sənətçilər arasında isə 1-ci yeri tutub
Nensi Ajramın Dubay və İstanbulda olan Madame Tussauds muzeyində mumdan heykəli qoyulmuşdur.
Livanlı müğənni Nensi Ajram Spotify tərəfindən Ərəb Pop Kraliçası olaraq təqdim edilmişdir. Nensi Feyruz və mərhum Ümm Külsüm kimi böyük müğənniləri geridə qoyaraq Spotify-da "Ən çox dinlənən" ərəb sənətçisi kimi yeni rekorda imza atıb. Nensi mahnılarının 100 milyondan çox dinlənməsinə nail olduqdan sonra platformada "Ən çox dinlənən" qadın ifaçı kimi siyahının başında gəldi.
Nensi Ajram 16 may 1983-cü ildə Livanda, Beyrutun Əşrəfiyyə bölgəsində, Nabil Ajram və Raymonda Aoun ailəsində anadan olub. 1995-ci ildə 12 yaşında Nensi Livan realiti televiziya müsabiqəsi olan Noujoum Al-Moustakbal (“Gələcəyin Ulduzları”) estrada şousunda iştirak etdi. Nensi Ümm Külsümün mahnısını ifa edərək, Tarab kateqoriyasında qızıl medal qazandı. O, tanınmış Livan musiqiçilərindən musiqi təhsili aldı. 18 yaşından az olmasına baxmayaraq, Livandakı peşəkar sənətçilər sindikatı onu üzv kimi qəbul etdi. 1998-ci ildə, yəni 15 yaşında ikən "Mehtagalak" (“Sənə ehtiyacım var”) adlı ilk albomunu buraxdı. Onun ardınca 2001-ci ildə, 18 yaşında çıxartdığı “Sheel Oyounak Anni” (Gözlərini məndən çək”) albomu isə daha böyük uğur qazandı.
Sənətçiyə ən çox uğur gətirən isə Ya Salam albomundan olan "Akhasmak ah" mahnısı və klipi oldu. Ərəb adət-ənənələrinə zidd olduğuna görə böyük səs-küyə səbəb olsa da, gənc nəsil tərəfindən böyük maraqla qarşılanan bu mahnı ilə Nensi Ajram ərəb popunda yeni bir era başlatdı. O, 15 yaşında artıq bir solo ifaçı olmuş, 20 yaşlarında hit-paradlara başçılıq etmiş, 24 yaşında 30 milyon albom satmış və 26 yaşında BMT Uşaq Fondunun (UNICEF) Yaxın Şərq və Şimali Afrika üçün ilk qadın səfir olmuşdur. .
Nensi 2008-ci ildə 3 illik münasibətdən sonra stomatoloqu olan həkim Fadi el Haşem ilə evləndi. Nensi ilk hamiləliyi müddətində də karyerasına davam etdi. Bu müddətdə o “Lamset eid” (“Əlin toxunuşu”) klipini və ilk Sony Ericsson reklamını çəkdirdi. O həmçinin, canlı konsertlərinə davam etməklə yanaşı, World Music Awards mükafatını da qazandı. 16 may 2009-cu ildə, yəni öz doğum günündə Nensi ilk övladını dünyaya gətirdi və adını "Mila" qoydu. Eyni gündə sənətçinin qızı üçün yazdırdığı “Ya Rabi Tekbar Mila” (“Milanın böyüməsi üçün dua edirəm”) adlı mahnısı da buraxıldı. Elə həmin il Rotana Magazine tərəfindən aparılan sorğuda Nensi 2009-cu ilin “Ən Gözəl Anası” seçildi. 2010-cu ildə ikinci övladına hamilə olduğu müddətdə isə Nensi “Sheikh Al Shabab” (“Gənclərin şeyxi”) və “Ya Kether” (“Nə qədər çox”) kliplərini təqdim etdi. 23 aprel 2011-ci ildə isə Nensinin 2-ci qızı "Ella" anadan oldu. İkinci övladı dünyaya gələn gün Nensi onun üçün yazdırdığı “Hadri Laabek” (“Oyuncaqlarını hazırla”) adlı mahnısını çıxardı. Nensinin 3-cü övladı isə 30 Yanvar 2019-cu ildə dünyaya gəldi. 3-cü dəfə qız anası olan Nensi övladının adını "Lya" qoydu. Bu dəfə də ənənəsinə sadiq qalaraq, 3-cü qızının doğumundan sonra da Nensi onun üçün yazdırdığı “Lya” mahnısını öz Youtube kanalında paylaşdı.
İli: | Adı: |
---|---|
1998 | Mehtagalak |
2001 | Sheel Oyounak Anni |
2003 | Ya Salam |
2004 | Ah W Noss |
2006 | Ya Tabtab |
2007 | Shakhbat Shakhabit(uşaq albomu) |
2008 | Betfakar Fi Eih?! |
2010 | Nancy7 (albom) |
2012 | Super Nancy(uşaq albomu) |
2014 | Nancy8 |
2017 | Nancy9 (Hassa Beek) |
2021 | Nancy10 |
İli: | Adı: | Albom: | Rejissor: |
---|---|---|---|
1997 | "Oilha kelma ala shani" | Sinql | Ali El Darzi |
1998 | "Mehtagalak" | Mehtagalak | Elie Feghali |
2001 | "Sheel oyounak anni" | Sheel Oyounak Anni | Guy Zahlan |
2002 | "Akhasmak ah" | Ya Salam | Nadine Labaki |
2003 | "Ya Salam" | ||
"Yay sehr oyoono" | |||
2004 | "Ah w noss" | Ah W Noss | |
"Lawn oyounak" | |||
2005 | "Oul tani keda" | Luca Tomassini | |
"Enta eih" | Nadine Labaki | ||
2006 | "Ya tabtab" | Ya Tabtab | |
"Moegaba" | Harry Rankin,
Mike Lipscombe | ||
"Ana yalli bahebbak" | Pascale D'Ash | ||
"Ehsas Gedid" | Said El Marouk | ||
2007 | "Elli kan" | Diamantino Ferreira | |
"Meshtaga leik" | Mirna Khayat | ||
"Shakhbat shakhabit" | Shakhbat Shakhabit | Said El Marouk | |
2008 | "Risala ilal alam" | Fadi Haddad | |
"Betfakkar fi eih" | Betfakar Fi Eih?! | Said El Marouk | |
"Min dah elly nseik" | |||
2009 | "Lamset eid" | Leila Kanaan | |
"Ebn el geran" | Mike Harris | ||
"Mashi haddi" | Leila Kanaan | ||
2010 | "Shaggaa' be alamak" | Sinql | Leila Kanaan |
"Fi hagat" | Nancy7 (albom) | Nadine Labaki | |
"Sheikh el shabab" | Leila Kanaan | ||
2011 | "Ya kether" | Sophie Boutros | |
2012 | "Super Nancy" | Super Nancy | Leila Kanaan |
"Badak teb'a fik" | Sinql | Waleed Nassif | |
2013 | "Aamel aekla" | ||
2014 | "Ma tegy hena" | Nancy8 | Joe Bou Eid |
"Shaggaa helmak" | Sinql | Jeff T. Thomas | |
"Moush far'a ktir" | Nancy8 | Said El Marouk | |
"Ma aw'edak ma ghir" | Fadi Haddad | ||
"Yalla" | Angy Jammal | ||
2015 | "W bkoun jayi wade'ak" | Fadi Haddad | |
2017 | "Hassa beek" | Nancy9 (Hassa Beek) | Leila Kanaan |
2018 | "W maak" | ||
"Badna nwalee el jaw" | Sinql | Samir Syriani | |
2019 | "El hob zay el water" | Nancy9 (Hassa Beek) | Leila Kanaan |
2020 | "Albi ya albi" | Sinql | Raja Nehme |
"Ila Beirut al ontha" | Samir Syriani | ||
2021 | "Emmi" | ||
"Salamat" | Nancy10 | ||
"Miyye w khamsin" | Leila Kanaan | ||
2022 | "Ma te'tezer" | Samir Syriani | |
"Sah sah" | Sinql | Sarah McColgan | |
"Aala shanak" | Nancy10 | Leila Kanaan | |
"Ya eid" | Sinql | Samir Syriani | |
2023 | "Baddi hada hebbou" | Nancy10 | |
2023 | "Tegy Nenbeset" | Sinql | Leila Kanaan |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.