Nöyi sülhü
From Wikipedia, the free encyclopedia
Nöyi sülhü və ya Nöyi-sür-Sen müqaviləsi (fr. Traité de Neuilly-sur-Seine) — Birinci Dünya müharibəsində qalib gəlmiş dövlətlərlə məğlubiyyətə uğramış Bolqarıstan arasında 27 noyabr 1919-cu il tarixində Fransanın paytaxtı Paris şəhəri yaxınlıqlarındakı Nöyi-sür-Sendə imzalanmış sülh müqaviləsi. Versal-Vaşinqton sisteminin əsasını təşkil edən müqavilələrdən biridir. 9 avqust 1920-ci il tarixində qüvvəyə minmişdir.
Cəld faktlar İmzalanma tarixi, İmzalanma yeri ...
Nöyi sülhü | |
---|---|
İmzalanma tarixi | 27 noyabr 1919 |
İmzalanma yeri | |
İmzalayanlar |
Bolqarıstan Böyük Britaniya Fransa İtaliya Yaponiya Digər Antanta dövlətləri
|
Dili | fransız dili |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Nöyi sülhünün şərtləri:
- Bolqarıstanın sahəsi 2566 km2 olan 4 rayonu Serblərin, Xorvatların və Slovenlərin Krallığına (1929-cu ildən Yuqoslaviya) verilmişdir.
- Bolqarıstan Qərbi Frakiyadan və beş il müddətinə Egey dənizinə çıxmaq hüququndan mərhum edilmişdir.
- Bolqarıstan qalib dövlətlərə 2,25 milyard qızıl frank məbləğində təzminat vermək barədə öhdəlik götürmüşdür.
- Bolqarıstan öz silahlı qüvvələrini məhdudlaşdırmaq barədə öhdəlik götürmüşdür.
Nöyi sülhü 1923, 1930, 1938, 1940-cü illərdə yenidən nəzərdən keçirilmiş, İkinci Dünya müharibəsindən sonra isə tamamilə qüvvədən itmişdir.[1]