təfəkkürün qanun və formaları haqqında elm From Wikipedia, the free encyclopedia
Məntiq düzgün düşünmə elmidir. Ona həm formal məntiq həm qeyri formal məntiq daxildir. Formal məntiq deduktiv baxış nöqtəsinə əsaslanmış nəticələrə arxalanaraq məntiqi nəticəyə qəlir. Formal məntiqdə mövzusundan və məzmunundan asılı olmayaraq, fikirdən arqumentlərin necə yaranıdığına nəzərdən baxılır. Qeyri-formal məntiq düşüncədəki səhvləri, tənqidi düşüncə və mübahisə nəzəriyyəsini araşdırır. Qeyri-formal məntiq gündəlik danışdıqımız dili yəni təbii dildə ifadə olunan arqumentlərə baxır və onları araşdırır.
Məntiq elminin inkişafında Aristotel və Qottlob Fregenin rolu böyükdür. Məntiq əsas olaraq iki hissəyə bölünür. Ənənəvi məntiq üzərində qurulmuş Formal məntiq və formal məntiq üzərində qurulmuş Riyazi məntiq.
Məntiq bütün elmlərin instrumenti kimi götürülür.
İntellektual aktivliy, düşüncə bir çox elmlər tərifinden araşdırılır, məsələn: psixologiya, epistemologiya, psixolinqvistika. Bütün bu elmlər arasında məntiq xüsusi yer tutur. Məntiqdə, digər elmlərdən fərqli olaraq, təfəkkür, düşüncə qanunları fikirlərin məzmunu yox, forması baxımından yaxınlaşır.
Ancaq bununla belə düzgün mülahizə yürütmək mədəniyyəti məntiq elminə qədər də yarana bilmişdi. Müəyyənetmə, təsnifat, təsdiq, təkzib və s. məntiqi operasiyalar hər bir insan tərəfindən fikir dünyasında özündən asılı olmadan və müvafiq səhvlərlə baş verir. Buna görə də bəziləri belə hesab edir ki, şəxsi təfəkkür təbii prosesdir və analizə ehtiyac yoxdur. Hesab edilir ki, danışıq — təfəkkürürün özü deməkdir.
Təfəkkür isə sadəcə olaraq məntiqi ardıcıllıq deyildir. İstənilən məsələnin həllində hər şey vacib ola bilir : ardıcıllıq, təsadüf, intiusiya, emosiya, şəxsi təcrübə, dünyanı dərketmə miqyası və s.
Məntiqin əsas vəzifəsi bütün dövrlərdə eyni olubdur :nəticə çıxartmaq mümkün olan hər şeyi tətbiq və analiz etmək. Bununla belə, hesab edilir ki, nəticə obyektin məzmunundan deyil, onu tətdiq metodlarından birbaşa asılıdır. Ona görə də tədqiqat metodlarını rəngarəngliyi və subyektiv baxışların çoxluğu arzuolunandır.
Məntiqin konkret sahələri bütün tarix boyu tədricən dəyişilmişdir.
Tarixən məntiq fəlsəfənin bir hissəsi kimi öyrənilib. Hal-hazırda o müstəqil bir elm kimi qəbul olunur. Həmçinin simvolik məntiq riyaziyyat və informatikanın bir hissəsi kimi də öyrənilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.