Məhəmmədhəsən xan Fətəli xan oğlu Qovanlı-Qacar (1722, Qorqan – 1759) — Astrabad hakimi.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Məhəmmədhəsən xan Qovanlı-Qacar | |
---|---|
Məhəmmədhəsən xan Fətəli xan oğlu Qovanlı-Qacar | |
Astrabad hakimi | |
1747 – 1759 | |
Əvvəlki | Fətəli xan Qacar |
Sonrakı | Ağa Məhəmməd xan Qacar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1722 |
Doğum yeri | |
Vəfat tarixi | 1759 |
Dəfn yeri | Astrabad |
Fəaliyyəti | siyasətçi |
Atası | Fətəli xan Qacar |
Anası | Əminə bəyim |
Uşaqları |
oğulları: Ağa Məhəmməd xan, Hüseynqulu xan, Cəfərqulu xan, Mustafaqulu xan, Murtuzaqulu xan, Rzaqulu xan, Əliqulu xan, Mehdiqulu xan, Abbasqulu xan. qızları: |
Dini | Şiə (İslam) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Məhəmmədhəsən xan Fətəli xan oğlu (bəzən onu ölmüş qardaşının şərəfinə Məhəmməd Hüseyn də adlandırırdılar) 1714-cü ildə Astrabad yörəsində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının ölümündən sonra Qovanlı oymağına başçılıq etmişdi.
1746-cı ildə Türkmanlarla birləşib, iki min Qacarın başında Nadir şaha qarşı qiyam qaldırmışdı. Ona ən çox kömək edən dayısı Bəgəncəli bəy Yomut idi. Məhəmməd Həsən xan Astrabadın valisi Məhəmmədzaman bəyi qovub çıxarmışdı.
Nadir şah onun qiyamını yatırmış, Məhəmməd Həsən xan yenidən yomutların yanına qaçmışdı.
Məhəmməd Həsən xan Nadir şahın ölümündən sonra Astrabadı, Gilanı, Mazandaranı almışdı. Azad xan Əfqanı məğlub etmişdi.
Pənahəli xan Məhəmmədhəsən xan Qacara Azad xan Əfqanı yenmək üçün kömək etdi. Məhəmmədhəsən xanın 18 min nəfərlik qoşununda Pənahəli xan Sarıcalı-Cavanşir oğlu Mehrəli bəyin başçılığı ilə 3 min Qarabağ süvarisi iştirak edirdi. Lakin Məhəmmədhəsən xan Qacar işi həyata keçirə bilmədi və Astrabada geri çəkildi.
Məhəmmədhəsən xan Gəncə hakimi Şahverdi xanla eldaş olduğundan ona yardım göstərirdi. Şahverdi xan tez-tez Məhəmmədhəsən xana elçi göndərib Qarabağa hücum etməyə təhrik edirdi.
1757-ci ildə Məhəmmədhəsən xan ağır bir qoşunla Şuşaya yürüş edir. Xatunarxı adlanan yerdə düşərgə salır. Elə birinci gecədə düşərgəsi qarabağlılar tərəfindən talan olunur. Bu cür cavabdan sarsılan Məhəmmədhəsən xan geri dönür. Üstəlik də Fətəli xan Avşarın və Kərim xan Zəndin baş qaldırdığını eşitmişdi. Qayıdarkən düşərgədə xeyli ağır top buraxır…
1757-ci ildə Məhəmmədhəsən xan Urmiyaya hücum etdi. Əhalinin mərdliklə müqavimət göstərməsinə baxmayaraq, lazımi miqdarda qoşun və döyüş vəsaiti olmadığından şəhər Məhəmmədhəsən xanın zərbələrinə uzun müddət davam gətirə bilmədi.
Urmiya şəhəri alınar-alınmaz Fətəli xan oraya yaxınlaşdı. Lakin Məhəmmədhəsən xan uzaq səfərdən qayıdan döyüşçülərə istirahət etmək, hərbi düşərgə yaratmaq imkanı vermədi və dərhal hücuma keçdi. Bir neçə gün davam edən qanlı döyüşdə hər iki tərəfdən çoxlu adam tələf oldu. Müharibənin uzanmasından və Məhəmmədhəsən xanın qalib gələcəyini ehtiaml edən bir sıra sərkərdələr xəyanət edərək Fətəli xanı tərk etdilər. O cümlədən əfqanlı Azad xan Əfqanlı döyüşçülərlə birlikdə Bağdada qaçdı. Şahbaz xan Dünbilü Xoy qoşunları ilə düşmən tərəfinə keçdi. Belə bir xəyanətkarlıq Fətəli xanın sarsılmasına və Məhəmmədhəsən xan Qacardan asılı vəziyyətə düşməsinə səbəb oldu.
Urmiya şəhərinə girən Məhəmmədhəsən xan illərdən bəri burada toplaşan xəzinəni ələ keçirdi. Lakin o, Kərim xan Zəndlə qarşılaşmağa tələsdiyi üçün burada uzun müddət qalmadı. Məhəmmədhəsən xan Azərbaycan xanlarını və onlara mənsub olan qoşunları öz döyüşçüləri tərkibinə daxil edərək cənuba doğru yola düşdü.
Onun Azərbaycandakı qələbəsini eşidən Kərim xan Zənd öz qardaşı Şeyxəli xan və sərkərdəsi Məhəmməd xanın başçılığı ilə öhdəsindəki bütün qoşunu Məhəmmədhəsən xana qarşı göndərdi. Iki ordu Astarabad vilayətində üz-üzə gəldi. Məhəmmədhəsən xan ordusunun əsas cinahlarını Azərbaycan-Türk döyüşçülər təşkil edirdi. Baş verən müharibədə Zənd qoşunları darmadağın edildi. Şeyxəli xan çətinliklə xilas olaraq qaçdı.
Vəziyyəti belə görən Kərim xan artıq Məhəmmədhəsən xanla döyüşməyə cəsarət etmədi. O, Şiraza çəkilərək şəhər darvazalarını bağladı və müdafiəyə hazırlaşdı. Məhəmmədhəsən xan Fətəli xan Araşlı-Avşarla birləşib Şiraza Kərim xan Zəndin üstünə hücuma keçdi. Şirazın yaxınlığında Fətəli xan Məhəmmədhəsən xanla mübahisə edib geri qayıtdı. Sonra əfqanların bir hissəsi də ayrıldı.
Təklənən Qacar sərkərdəsi savaşdan əl çəkməyə və yenidən qoşun toplamaq məqsədilə Mazandarana qayıtmağa məcbur oldu. Qəzvin ətrafında onları izləyən Zənd qoşunu ilə təkrar savaş baş verdi. Sərkərdə Məhəmməd xan öldürüldü.
Çox keçmədi ki, Dəvəli oymağı da xəyanət yolunu tutdu. Məhəmmədvəli xan qardaşı Hüseyn xanı öyrətdi ki, Məhəmmədhəsən xanı Mazandarana buraxmasın. Hüseyn xan da Məhəmmədhəsən xanla vuruşa bilməyəcəyini düşünüb Damğana qaçdı. Burda bir neçə xanla birləşdi. Onlar da (Ibrahim xan Buğayiri və başqaları) Məhəmmədhəsən xandan yanıqlı idilər.
Məhəmmədhəsən xan Damğanı mühasirə etdi. Şeyxəli xan Zəndin Firuzkuha çatdığını eşidib mühasirəni buraxdı. Qorxdu ki, Şeyxəli xan Astrabadı tutar, onun ev-eşiyinə, qohum-qəbiləsinə ziyanlıq vurar. Əmisioğlu Məhəmməd xanı Astrabada hakim təyin etmişdi. Astarabada getdiyini görüb ətrafındakı qoşun yenidən qaçıb-dağıldı. Yanında qalanlar aşağıbaşlılar idilər. Astarabada gəlib qoşun yığmağa, müdafini möhkəmlətməyə girişdi. Hüseyn xan Dəvəli Sariyə gəlib, Şeyxəli xanla birləşdi. Birlikdə Astrabada hücuma keçdilər. İlk vuruşmada tərəflər itki vermədən ayrıldılar. Şeyxəli xan sahil tərəfdən hücuma keçməyi planlaşdırdı. Məhəmmədhəsən xan da Astrabadın içindən sahilə getdi. Dənizin sahilində, Gülabad adlı yerdə savaş olmuşdu. Fərli bir sonuc, nəticə alınmamışdı. Şeyxəli xan Sariyə çəkilmiş, Məhəmmədhəsən xan Astarabada qayıtmışdı.
Məhəmmədhəsən xan Astrabad ətrafından, Gəraylı, Hacılar, Kəfşilər, Kətul və başqa oymaqlardan 18 min nəfərlik qoşun topladı. Sonra Astarabadda bütün Qacar elinin ağsaqqalarını məşvərətə çağırmış, Hüseyn xanı da dəvət etmişdi. Dəvəli başçılarının hamısı məşvərətdən sonra, Məhəmmədhəsən xanın göstərişi ilə Səbzəli xanın adamları tərəfindən öldürülmüşdü.
Məhəmmədhəsən xan Mazandaranda Şeyxəli xan Zəndlə döyüşdə məğlub oldu. Astrabada qaçarkən, Sınıqkörpü ətrafında, 1759-cu idə suiqəst nəticədində ölduruldu. Onu Məhəmməd Dəvəli xan Sarı şəhər yaxınlığındakı döyüşdə Sınıq körpüdən qaçarkən başını kəsib, qətl edib.
Həmçinin bax
Mənbə
- Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
- Jan Gevr, Xacə şah. Tarixi roman. Bakı-2012.
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.