Münxen qətliamı
From Wikipedia, the free encyclopedia
Münhen qətliamı — 1972-ci ildə Qərbi Almaniyanın Münhen şəhərində keçirilən Yay Olimpiya Oyunları zamanı Qara sentyabr təşkilatının üzvləri tərəfindən törədilmiş terror aktı. İsrail Olimpiya Millisinin 11 üzvünün girov götürüldüyü hadisə, terrorçuların, girovların və bir polis əməkdaşının ölümü ilə nəticələnmişdir.[7][8][9][10]
1972 Münhen qətliamı | |
---|---|
Hücum yeri |
Münhen, Qərbi Almaniya 48°10′46″ şm. e. 11°32′57″ ş. u. |
Hücum hədəfi | İsrail Olimpiya Millisi |
Vaxt |
5-6 sentyabr, 1972 4:31-12:04 (UTC +1) |
Həlak olanlar |
17 nəfər (terrorçular daxil)
|
Vikianbarda əlaqəli mediafayllar |
Kirizisin başlamasından qısa müddət sonra onlar İsraildə həbs olunmuş 234 nəfərin və Qırmızı Ordu Fraksiyası banilərinin buraxılmasını tələb etmişdilər.[11][12] Qara sentyabr üzvləri hücumun adını İDF tərəfindən boşaldılmağa məcbur edilmiş iki Fələstin kəndinin şəfərinə İqrit və Biram olaraq adlandırmışdır.[13]
Özünü sekulyar millətçi olaraq təqdim edən və hücumun əsas təşkilatçılarından olan Lutif Afif yəhudi və xristian köklərə sahib bir ailədə dünyaya gəlmişdir.[14] Alman neo-nasistlərin terror aktının törədilməsində, terrorçulara lojistik dəstək verdikləri də məlumdur.[15]
Qərbi Almaniya polisi tərəfindən həyata keçirilən uğursuz girovların xilas edilməsi əməliyyatında Qara sentyabr təşkilatının səkkiz terrorçusundan beşi öldürüldü. Əməliyyat sırasında bir polis əməkdaşı da öldü. Beynəlxalq Olimpiya Komitəsi 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca XXXI Yay Olimpiya Oyunlarının açılışından iki gün əvvəl, Münhen Olimpiyadasında həlak olan israilli idmançıların xatirəsinin əziz tutulduğu rəsmən elan olunmuşdur.[16]