From Wikipedia, the free encyclopedia
Musa Çələbi (1388, Osmanlı imperiyası, Bursa – 5 iyul 1413, Osmanlı imperiyası) — Osmanlı şahzadəsi olaraq Fetrət dövründə Ədirnədə Sultan elan edilərək Osmanlıların Rumelidəki torpaqlarında hökmranlıq etmişdir.
Musa Çələbi | |
---|---|
Musa Çelebi | |
| |
1402 – 1413 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bursa |
Vəfat tarixi | |
Vəfat yeri | Sofiya |
Vəfat səbəbi | Boğdurularaq edam |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | İldırım Bəyazid |
Anası | Dövlətşah Xatun |
Uşağı | Ulu Mirça |
Ailəsi | Osmanlı xanədanı |
Dini | İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Musa Çələbi İldırım Bəyazidin doqquzuncu oğlu olaraq dünyaya gəlmişdir.
Sultan İldırım Bəyazidin Gərmiyanoğlu Süleyman Şahın qızı Dövlət Şah Xatundan olan dördüncü oğlu Şahzadə Böyük Musa Çələbi ilə qarışdırılmaması üçün Fetrət Dövründə Kiçik Musa Çələbi olaraq da xatırlanmaqdadır. (Kiçik) "Musa Çələbi" qardaşları İsa Çələbi, Süleyman Çələbi və Mehmed Çələbi ilə taxt mübarizələrinə girmişdir. Musa Çələbi 1403–1404-cü illərdə Bursa da Teymurdan fərman alaraq hökm sürmüş, amma daha sonra qardaşı İsa Çələbi tərəfindən buradan uzaqlaşdırılmışdır. 1409-cu ildə qardaşı Mehmed Çələbi ilə görüşərək Ədirnədə Rumeli və Anadoluda hökm sürən qardaşı Süleyman Çələbi əleyhinə bir müqavilə bağlamışdır. Musa Çələbi Rumeliyə keçərək Osmanlı Rumeli torpaqlarında Süleyman Çələbi ilə hərbi mübarizəyə girmişdir. Nəhayət 1410-cu ildə əvvəl Ədirnədə Osmanlı Rumeli torpaqları və sonra Anadolu əraziləri üzərində Sultan olaraq hökm sürən qardaşı Süleyman Çələbini bir basqın ilə Ədirnədən qaçırtmış və onun öldürülməsinə səbəb olmuşdur. Musa Çələbi 1410-cu ildə Osmanlı idarəsindəki Rumeli bölgələrində Osmanlı hökmdarı olaraq Ədirnədə taxta oturaraq 1410–1413-cü illər arasında səltənət sürmüşdür, lakin bu dəfə də 1413-cü ildə qardaşı Mehmed Çələbi ilə girdiyi hərbi mübarizələr sonunda məğlub olaraq1413-cü ildə öldürülmüşdür.
Musa Çələbinin Ankara müharibəsindən əvvəlki həyatı haqqında əlimizdə çox az qaynaq var. Çələbi ləqəbini daşıması onun bir mədrəsə təhsilinə bərabər yaxşı bir təhsil aldığına və oxuyub yazmaq qabiliyətinə malik olduğuna işarə etməkdədir. İldırım Bəyazidin oğullarını Anadoluda baş verən döyüşə özü ilə apardığı məlumdur. Atasının səltənət dövründə Rumelidə axınlara qatılmışdır. Ankara müharibəsində İldırım Bəyazidin yanında olmuş və onunla birlikdə əsir düşmüşdür.
Musa Çələbi Ankara döyüşündə Əmir Teymura əsir düşən atası ilə birgə Əmir Teymurun yanında əsir olaraq qalmışdı. Bu onun Teymur tərəfindən təqdir almağına yol açdığı bildirilir. Musa Çələbiyə Teymur tərəfindən xalat geyindirilib, kəmər, qılınc və qiymətli atlar verildiyi ifadə edilməkdədir. Sonra 1403-cü ildə Teymur onu özünə tabe olmaq şərti ilə Bursa və ətrafının əmirliyinə təyin etmişdir. Bəzi qaynaqlara görə, İldırım əsirlikdə olarkən 1403-cü ildə öldüyü zaman cənazəsi Teymurun əmri ilə Musa Çələbinin rəhbərliyi ilə Bursaya göndərilmişdir.
Musa Çələbi Ankara müharibəsində Əmir Teymura əsir düşən atasının yanında əsir olaraq qaldı. Bəzi qaynaqlara görə İldırım Bəyazid əsarətdə olarkən 1403-cü ildə ölüdü və cənazəsi Teymurun əmri ilə Musa Çələbi rəhbərliyində Bursaya göndərildi.
Bursa Teymur və ordusunun işğalına uğramış, talan edilmişdi. Musa Çələbi Teymurdan icazə alaraq Bursada hökmranlıq etməyə başladı. Eyni il İsa Çələbi Balıkesir (Karesi) civarlarına gəlib Musanı təhdidə başlayınca, Musa Çələbi ona qarşı bir sıra uğurlu yürüşlər etdi, amma tam məğlub edə bilmədi. Balıkesir ətrafındakı ən son vuruşmada Musa Çələbi məğlub oldu. Əvvəl Gərmiyana qaçdı və oradan da Qaramanoğlu Mehmed bəyə sığındı.
Musa Çələbi 1409-cu ildə sonradan Bursanı əlinə keçirmiş, amma bu şəhəri Süleyman Çələbiyə qapdırıb Amasiyaya çəkilmiş olan qardaşı Mehmed Çələbinin bir məktubun aldı. Süleyman Çələbini məğlub etmək üçün bir plan qurmaq və razılaşmaq üzrə iki qardaş Qırşəhər ətrafında, Cəməl qalasında görüşdülər. Qəbul etdikləri plana görə Musa Çələbi Rumeliyə, Əflaka keçəcək, ətrafdan yığdığı əsgərlərlə Ədirnə üzərinə gedəcəkdi. Mehmed Çələbi isə, bu hücumların qarşısın almaq üçün Rumeliyə gedəcək Süleyman Çələbi tərəfindən boş buraxılan Bursaya hücum edəcəkdi. Yəni Mehmed Çələbi və Musa Çələbi Osmanlı dövlətini ikiyə bölməyi, Musa Çələbinin Ədirnədə Osmanlı Rumeli torpaqları sultanı olmasını və Mehmed Çələbinin isə Bursa da Osmanlı Anadolu torpaqları sultanı olmasını qəbul etdilər.
Musa Çələbi bir gəmi ilə Sinopdan Əflaka keçdi. Əflak voyvodası olan Mirçanın qızı ilə evləndi. Mirçanın təmin etdiyi çox sayda Əflak əsgərləri ilə türkmənlərdən ibarət yeni bir ordu qurdu. Bunu xəbər alan Süleyman Çələbi Bursadan dərhal Bizans dəstəyi üçün Konstantinopola və oradan da Ədirnəyə keçdi. Amasiyadan yürüşə başlayan Çələbi Mehmed də Bursanı ələ keçirdi. Musa Çələbi yeni yığdığı ordusu ilə 1410-cu ildə Balkanlardan cənuba endi və Bizansdan hərbi dəstək alan Süleyman Çələbi ordusuna qarşı Ədirnə ilə Kosmidion (Əyyub) arasındakı bölgədə bir sıra basqın və kiçik vuruşmalar başlatdı.
Musa Çələbi ordusuyla ən son olaraq 17 fevral 1411-ci ildə soyuq bir qış gecəsi, Süleyman bir hamamda içki aləmindəykən, Ədirnəyə hücum etdi. Süleyman Çələbi tərəfdarları və ordusu ümidin itirmiş və bir qisimi ayrılmışdı. Digərləri isə onu müdafiə etməkdən çəkindilər. Süleyman vəziyyəti bildirənlərə əvvəl inanmayıb onları təhqir etdi, amma sonunda vəziyyətinin ciddiliyini anlayınca gecə yanında çox az sayda adamıyla Ədirnədən qaçdı, amma Döyənciler kəndinə gələndə tanındı və kəndlilər Süleymanı öldürüb kəsik başını Ədirnəyə, Musa Çələbiyə göndərdilər, lakin Musa Çələbi bu hadisəni yaxşı qarşılamadı və bunu edənləri ənənəvi türk adəti ilə cəzalandırdı. Türk qaydalarına görə əgər bir insan xanədan nəslindən olardısa ona toxunmaq olmazdı. Əgər ona toxunan bir insan isə o öldürülərək cəzalanmalı, bir dövlət idisə məhv edilərək cəzalanmalı idi. Musa Çələbidə bu qaydaya əməl etdi və qardaşını öldürən kəndliləri cəzalandıraraq bütün kəndi məhv etdi.
Qardaşı Əmir Süleymanı məğlub etdikdən sonra 17 fevral 1411-ci ildə biət mərasimi ilə Ədirnədə taxta oturaraq özün sultan elan etdi. Beləliklə qardaşı Mehmed Çələbi ilə planlaşdırdığı siyast uğurla nəticələndi, lakin Əmir Süleymanın öldürülməsindən sonra Mehmed Çələbi ilə bağladığı müqavilənin əsassız olduğun elan etdi və adına xütbə oxutduraraq sikkə zərb etdirdi. Bununlada qardaşı ilə bağladığı müqaviləni pozmuş oldu.
Rumeli yaxasında Ədirnədə hökmranlıq etməyə başlayan Musa Çələbi, Süleyman Çələbidən daha təsirli siyasət tətbiq etməyə başladı. Əvvəlcə sərhəd qazilərinin istəklərini yerinə yetirərək Körpülü və Provadı qalalarını tutdu. Göndərdiyi qüvvətlər Sitirya yarımadasına qədər gəldilər. Yenə Əmir Süleymanla olan mübarizəsində ona qarşı cəbhə alan Serb desbotu Stefanın üzərinə hücuma keçən Musa Çələbi Novobirda gümüş mədənlərini ələ keçirdi. Üsyana başlayan Vidin Bolqar şahzadəsin tabe etdi. Mihaloğlu və axınçıları Makedoniyanın içlərinə axınlar etdi.
Bizans imperatoru ilə Süleyman Çələbinin bağladığı müqavilə ləğv edildi. Bununla birlikdə Süleyman Çələbinin Bizansa vermiş olduğu əraziləri geri istədi. Bu istəyinin rədd edilməsi və Süleyman Çələbiyə verdiyi real dəstək səbəbindən II Manueli cəzalandırmaq lazım olduğunu düşündü. Bizansın əlinə keçmiş olan bölgələri Musa Çələbi təkrar geri aldı, amma Musa Çələbinin əsas tətbiqi 1412-ci ildə yeni bir Konstantinopol mühasirəsin başlatmağı oldu. Musa Çələbinin kiçik dəniz gücünün məğlubiyyətə uğradılması və Konstantinopolun quru istehkamlarının aşılmaz olaraq görülməsinə baxmayaraq Musa Çələbi qurudan mühasirəyə davam etdi. 1411-ci ildə Bizans İmperatoru İstanbulda girov olaraq tutulan Qasım Çələbinin oğlu Orxan Çələbini sərbəst buraxdı. Orxan Çələbi özünə əsgər yığaraq Səlanikdə üsyan qaldırdı, lakin Musa Çələbi Konstantinopol mühasirəsindən imtina etmədən bu üsyanı yatırmağa qərar verdi. Orxan Çələbinin üzərinə göndərdiyi ordu sonra Bizansa aid olan Teselya bölgəsinə axınlar etdi. İstanbulun mühasirəsindən ayrılan Musa Çələbi sürətlə Səlanik üzərinə gedərək Orxan Çələbinin ordusun dağıtdı. Sonra Səlaniki mühasirəyə aldı. Bundan sonra İstanbulun mühasirəsin daha da sıxışdırdı.
Bizans İmperatoru 1412-ci ilin əvvəllərində Bursaya gizli elçi göndərdi və Mehmed Çələbini İstanbula dəvət etdi. Onu 3 gün çəkən cahcəlallı qarşılama mərasimindən sonra Musa Çələbiyə qarşı mübarizəyə razı saldı. Bizanslılar Mehmed Çələbi ordusunu boğaz üzərindən Rumeliyə keçirdilər və bura gəlişinin dördüncü günü, 1412-ci ilin oktyabrında iki qardaş Çatalcada İncəyiz döyüşünə girişdilər. Bu müharibədə Musa Çələbi qalib gəldi. Mehmed Çələbi yaralandı və İstanbula sonra da Bursaya çəkildi. Mehmed Çələbi bundan qorxmadı. O ilin sonlarında yeni bir ordu ilə gəlib boğazı keçərək Bizans və Serb hərbi yardımları ilə Musa Çələbinin üzərinə getdi. Bir sıra döyüşlər baş verdi və bu ikinci dəfəki döyüşdə də Musa Çələbi qalib gəlib qardaşını Bursaya qovdu.
Musa Çələbinin sərt təbiəti və özünü tərəfdarlarından ayrı tutması onların gücənməklərinə yol açdı. Məsələn, Köhnə Saray ətrafına çəkdirdiyi yüksək qala divarları öz şəxsi təhlükəsizliyi üçün lazım olsa da, özünü xalqdan və tərəfdarlarından ayırmasının simvolu kimi başa düşüldü. Balkanlarda olan qazi axınçıların qazanmış olduqları güc, qənimət və onlara verilən timarları imtiyazlar olaraq görərək onları azaltmağa başlayıb sərhəddəki qazi əmirləri gücəndirdi. Şeyxülislam olaraq təyin etdiyi Şeyx Bədrəddinin fikirləri ilə, həm mədrəsəli sünnilərin həm də ölkənin zəngin irəli gələnlərini hirsləndirdi. Daha əvvəl Əmir Süleymanın tərəfin saxlayan Skopye sancaqbəyi Paşa İgid və axınçıların komandiri Evrenos bəylə digərlərinə sərt davrandı və bacarıqsız şəxsləri vəzifəyə gətirdi. Bu səbəblərdən dövlətin idarəsini əlində tutan Çandarlı vəzirləri Bizansla və Anadoluda olan Mehmed Çələbi ilə gizli müzakirələrə girişdilər.
Rumelidəki vəziyətin lehinə döndüyün görən Mehmed Çələbi 1413-cü ilin 15 iyununda Dülqədirlilərdən də yardım alaraq otuz minlik yeni bir orduyla Qara dəniz üzərindən Trakyaya əsgər çıxardı. Musa Çələbinin əsgərləri bu sıralarda mənəviyatların itirmiş və üməra da Musa Çələbiyə üz çevirmişdi. Mehmed Çələbiyə qarşı çıxa bilməyəcəyin başa düşən Musa Çələbi Bolqarısana çəkildi. Musa Çələbinin yanında Mihaloğlu Mehmed bəy və Umur bəydən başqa böyük bəylərdən heç kəs qalmamışdı. Bu dəfə iki qardaş ordusu Vizə müharibəsinə girişdilər. Bu döyüşdə Musa Çələbi məğlub oldu və müharibə meydanından qaçdı, amma Ədirnəyə getmədi
Mehmed Çələbi bir müddət Musa Çələbini tutmaq üçün Trakyada onu təqib etməli oldu. İki ordu Filib yaxınlarında qarşı-qarşıya gəlsələrdə Mehmed Çələbi müttəfiqlərin hamısın gözlədiyindən geri çəkildi. Paşa İgid, Baraq bəy, Tırxal bəyi Sinan bəy ilə Evrenos bəyində ona qatılmasından sonra Tunaya tərəf geri çəkilməkdə olan Musa Çələbinin qarşısına çıxdılar. 1413-cü ilin 5 iyulunda Musa Çələbi kiçik bir ordusu ilə Sofiyanın cənubunda, Samkov ətrafında olan Palçıqlı Dərbəndə sıxışdırıldı. O, təslim olmayaraq güclü müqavimət göstərdi. Bu zaman o, ağır yaralanaraq qaçmağa çalışdı, lakin bataqlığa düşdü. Mehmed Çələbinin əsgərləri Musa Çələbinin burada tutub dərhal boğub öldürdülər. Musa Çələbinin cənazəsi Bursaya göndərilərək qardaşları İsa Çələbi və Əmir Süleymanın yanında İldırım Bəyazidin türbəsində basdırıldı.
Beləcə Osmanlı Dövlətinin ikiyə bölünüb, tək dövlət olaraq gələcəkdə yaşamasını təhdid edən, çox böyük və təhlükəli bir dövr olan Fetrət Dövrünün son mərhələsi başa çatdı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.