![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fe/%25C3%259Cbersichtsfoto_von_S%25C3%25BCdosten_%2528Unit_B%252C_C%252C_D_und_E%2529.jpg/640px-%25C3%259Cbersichtsfoto_von_S%25C3%25BCdosten_%2528Unit_B%252C_C%252C_D_und_E%2529.jpg&w=640&q=50)
Muncuqlutəpə yaşayış yeri (Türkmənistan)
From Wikipedia, the free encyclopedia
Muncuqlu təpə ― Cənubi Türkmənistanda, Kopetdağ dağlarının şimal yamacında yerləşən qədim yaşayış yeri. Ərazidə aparılmış qazıntılar Neolit dövrünün sonlarından, təxminən e.ə. 6 200-cü ildən başlayaraq erkən Mis dövrünə qədər davam edən məskunlaşmanı göstərmişdir. Ən erkən təbəqələr Türkmənistanın Ceytun mədəniyyətinə aiddir.
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Muncuqlutəpə yaşayış yeri | |
---|---|
![]() | |
36°50′53″ şm. e. 60°25′04″ ş. u. | |
Yer |
![]() |
Tarix | |
Mədəniyyətlər | Ceytun |
Yer qeydləri | |
Tarixə qədərki dövrə aid yaşayış məskəni şimalda Qaraqum səhrası, cənubda isə Kopetdağın yamacları ilə həmsərhəd olan quru allüuvial düzənlikdə yerləşir.[1] Bu dağlar həm də müasir İranla sərhədi təşkil edir.
Sahədən təxminən iki kilometr şimal-qərbdə yaxınlığında Türkmənistanın müasir Miana kəndinin yerləşdiyi Meana çayının quru yatağı var.
Tunc dövrünə aid böyük yaşayış yeri olan Altuntəpə ərazidən təxminən 2 km şimal-şərqdədir.