Mstislav Rostropoviç
From Wikipedia, the free encyclopedia
Mstislav Leopoldoviç Rostropoviç (27 mart 1927[1][2][…], Bakı[1] – 27 aprel 2007[3][2][…], Moskva[4]) – violenç ifaçısı və dirijor. SSRİ xalq artisti (1966). Musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi kimi də tanınırdı. XX əsrin ən dahi violençel ifaçılarından biri sayılır.
Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Mstislav Rostropoviç | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 27 mart 1927(1927-03-27)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 27 aprel 2007(2007-04-27)[3][2][…] (80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | kolorektal xərçəng |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Atası | Leopold Rostropoviç |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, dirijor, musiqi pedaqoqu[d], violonçelçi[d], pianoçu |
Fəaliyyət illəri | 1942-ci ildən |
Janr | klassik musiqi |
Musiqi aləti | violonçel |
Albom şirkəti | Doyçe Qrammofon[d] |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Lenin mükafatı (1964), 2-ci dərəcəli Stalin mükafatı (1951), Rusiya Federasiyasının Dövlət mükafatı (1995), RSFSR adına Dövlət Mükafatı laureatı, beş dəfə Qremmi mükafatı laureatı. SSRİ xalq artisti Qalina Vişnevskayanın həyat yoldaşı olub. 1974-cü ildən ailəsi ilə birlikdə xaricdə yaşayıb; 1978-ci ildə SSRİ vətəndaşlığından məhrum edilib, 1990-cı ildə Sovet vətəndaşlığına bərpa edilib.