![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d9/Map_of_Iraq_-_Battle_of_Mosul.png/640px-Map_of_Iraq_-_Battle_of_Mosul.png&w=640&q=50)
Mosul döyüşü (2016–2017)
From Wikipedia, the free encyclopedia
Mosul əməliyyatı (ərəb. معركة الموصل) - İraq ordusu, Kürdüstan Regional Hökumətinə tabe olan silahlı birləşmələr və xarici koalisiyanın dəstəyi ilə Mosul şəhərinin İraq Şam İslam Dövlətinin nəzarətindən çıxarılması uğrunda aparılan hərbi əməliyyat.[10][11][12] Döyüşlər Biz Nineviyaya gəlirik (ərəb. قادمون يا نينوى; Qadimun Ya Naynawa)[13][14] şüarı altında 2016-cı ilin 16 oktyabr tarixində başlanıb.[1][15][16] 2014-cü ilin iyun ayında İraq Şam İslam Dövlətinin İraq ordusu ilə apardığı 6 günlük müharibə nəticəsində şəhər İŞİD-in nəzarəti altına keçib və həmin tarixdən sonra şəhərin azad olunması üçün aparılan əməliyyatlarda bir nəticə əldə olunmayıb.[17] Mosul şəhərinin itirilməsi 2003-cü ildə ABŞ-nin İraqdakı Səddam Hüseyn rejiminə qarşı apardığı hərbi əməliyyatlardakı məğlubiyyətlərdən sonra ikinci ən böyük məğlubiyyət hesab olunur.[18]
Mosul əməliyyatı | |||
---|---|---|---|
![]() | |||
Tarix | 16 oktyabr, 2016 - 20 iyul, 2017 | ||
Yeri |
Mosul şəhəri ![]() |
||
Səbəbi | Mosul şəhərinin İŞİD-dən azad edilməsi | ||
Nəticəsi | İraq ordusunun qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
![]() |
Mosul şəhərinin azad olunması üçün 2015-ci ildə keçirilmiş Mosul əməliyyatı və 2016-cı ilin mart ayında başladılmış Mosul uğrunda əməliyyatda ciddi nəticələr əldə olunmamış, şəhər əvvəlki kimi İraq Şam İslam Dövlətinin nəzarəti altında qalmışdır. Müttəfiq qüvvələr əvvəlki iki əməliyyatda Mosul ətrafında yerləşən qəsəbə və kəndləri azad etməyə nail olmuşdular. Mosul müharibələrdən əvvəl 1.5 milyon əhalisi ilə İraqın ən böyük üçüncü şəhəri hesab olunurdu. İraq Şam İslam Dövlətinin özünə paytaxt olaraq elan etdiyi Suriya ərazisində yerləşən Əl-Rəqqa şəhəri ilə birlikdə Mosul, İŞİD nəzarətində olan ən böyük iki şəhərdən biridir. Beynəlxalq humanitar təşkilatların hesabatlarına görə şəhər, İŞİD nəzarəti altında keçəndən sonra əhalisinin yarısından çoxu ərazidən qaçıb və şəhərdə onlarla ağır cinayətlər törədilib. İraq Şam İslam Dövlətinin dinc əhalidən canlı qalxan kimi istifadə olunması ilə bağlı onlarla sübutlar mövcuddur.[19]
İraq ordusunun və Kürdüstan Regional Hökumətinə bağlı qüvvələr 16 oktyabr tarixindən etibarən dörd müxtəlif cəbhədən şəhər istiqamətində irəliləməyə başlayıb. ABŞ və digər müttəfiq ölkələrə bağlı aviasiya isə havadan İŞİD mövqələrinə endirilən zərbələrlə qurudan aparılan əməliyyatı tezləşdirməyə çalışır. Mosul əməliyyatının ilk günlərindən sonra 20-dən çox qəsəbə və kəndin İŞİD-dən azad edildiyi bilidirlir. 26 oktyabr tarixinə olan məlumata görə azad edilmiş kəndlərin sayı 37-dir. Rəmsilər döyüşlərin belə tempdə davam edəcəyi halda Mosulun təxmin ediləndən daha tez azad edilə biləcəyini bildirir.[20]