From Wikipedia, the free encyclopedia
Monteneqro albanları — Monteneqro Respublikasının ən böyük qeyri-slavyan milli azlığıdır. Dil baxımından serbxorvat dilindən çox fərqli olan alban dilində danışırlar. Albanlar ənənəvi olaraq ölkənin cənubunda, Albaniya Respublikası ilə sərhəd boyunca yaşayırlar. Monteneqro albanları arasında müsəlmanlar üstünlük təşkil edir (74%). Bununla belə xeyli sayda katolik (26%) və pravoslavlar da vardır. Yuqoslaviya Sosialist Federativ Respublikası dövründə Monteneqro albanları özlərini Alban xalqının bir hissəsi kimi hiss etdirdilər. Məsələn: 1969-cu ildə alban bayraqları və İskəndər bəyin portretləri ilə alban məktəblilərinin çıxışı Monteneqronun Ulsin şəhərində müəllimlərin rəhbərliyi altında baş tutur. Sonradan bəlli olur ki, Ulsindəki bu yürüşə rəhbərlik edənlər Kosovonın Qloqovac cəmiyyətindən olan məktəb müəllimləri olmuşdur[1].
2003-cü il siyahıyaalınmasına əsasən, Monteneqroda 31.163 alban (5.03%) yaşayırdı[2]. Şimali Makedoniya Respublikasında olduğu kimi, Monteneqro albanları da əsasən İslamı dinində etiqat edir (73.37%), lakin makedoniyalı albanlardan fərqli olaraq, Monteneqronun təbii hərəkəti göstəriciləri AB və Şimali Amerikanın daha inkişaf etmiş ölkələrinə daha fəal mühacirət etmələri səbəbindən mənfi dinamika göstərir: 2011-ci il siyahıyaalınmasına görə yalnız 30.439 ölkə vətəndaşı, ya da 4,91%, artıq özlərini alban adlandırdı. Eyni zamanda 32.671 nəfər və ya əhalinin 5,27% -i alban dilini ana dili olaraq qeyd etmışdır.
Monteneqrodakı albanların əksəriyyəti ölkənin Avropa İttifaqına inteqrasiyasını dəstəkləyir və anti-Yuqoslav düşüncələrinə sahibdir: 2006-cı ildəki referendumda, o vaxt albanların 72% -dən çox olduğu Ulcin bələdiyyəsində, seçicilərin 88,50% -i Monteneqronun müstəqilliyinə səs vermişdir. Ümumiyyətlə ölkənin Yuqoslaviyadan ayrılmasını təmin edən alban azlığının səsləri olmuşdur[3].
Buna baxmayaraq 2011–2012-ci illərdə albanlar Monteneqronun ən problemli azlıqlarından biri olaraq qalmaqda davam edirlər: aralarında ən ciddi problem yüksək işsizlikdir (ölkənin paytaxtına yaxın bölgələrdə, əsasən də albanların toplum şəkildə yaşadıqları Tuzi kimi şəhərlərdə). Əmək bazarında ayrı-seçkilik, xüsusən 2,8% -i etnik albanların olduğu ictimai sektoru göstərmək olar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.