Monqolustanda ümumdünya irsi obyektlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Monqolustanda ümumdünya irsi obyektlərinin siyahısında 5 obyekt var (2021-ci il üçün), bu ümumi rəqəmin 0,3%-ni təşkil edir (2021-ci il üçün 1154). Siyahıya 3 obyekt mədəniyyət meyarlarına görə, 2 obyekt isə təbii meyarlara görə daxil edilib. Bundan əlavə, 2021-ci ilə kimi Monqolustanda 12 obyekt Ümumdünya İrs Siyahısına daxil olmaq üçün namizədlər sırasındadır[1]. Monqolustan 1990-cı il fevralın 2-də Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi haqqında Konvensiyanı ratifikasiya edib[2]. Monqolustan ərazisində yerləşən ilk obyekt 2003-cü ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında siyahıya alınmışdır.