Mixeil Saakaşvili
From Wikipedia, the free encyclopedia
Mixail Saakaşvili və ya Mixeil Saakaşvili (gürc. მიხეილ ნიკოლოზის ძე სააკაშვილი Mixeil Nikolozis dze Saakaşvili; 21 dekabr 1967[1][2], Tbilisi) — Gürcü siyasətçisi və Gürcüstan Respublikasının 3-cü Prezidenti (25 yanvar 2004–25 noyabr 2007 və 20 yanvar 2008–17 noyabr 2013). 2003-cü ilin oktyabrında Gürcüstan Respublikasında baş vermiş qızılgül inqilabının əsas ideya müəllifi olmuş və 15 yanvar 2004-cü ildə prezident seçkilərinin nəticələrinə əsasən Gürcüstan Respublikasının 3-cü Prezidenti seçilmişdir. 5 yanvar 2008-ci ildə növbədənkənar seçkilərdə yenidən qələbə qazanmışdır.
Mixeil Saakaşvili | |
---|---|
gürc. მიხეილ სააკაშვილი | |
30 may 2015 – 9 noyabr 2016 | |
Prezident | Petro Poroşenko |
Əvvəlki | İqor Palitsa |
Sonrakı | Maxim Stepanov |
25 yanvar 2004–25 noyabr 2007 20 yanvar 2008 – 27 oktyabr 2013 | |
Əvvəlki | Eduard Şevardnadze Nino Burcanadze (s.i.) |
Sonrakı | Georgi Marqvelaşvili |
12 oktyabr 2000 – 5 sentyabr 2001 | |
Əvvəlki | Coni Xesuriani |
Sonrakı | Roland Qiliqaşvili |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 dekabr 1967(1967-12-21)[1][2] (56 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | hüquqşünas, siyasətçi, vəkil, televiziya aparıcısı |
Anası | Qiuli Alasaniya |
Həyat yoldaşı |
|
Dini | Gürcü Ortodoks Kilsəsi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
saakashvilimikheil.com | |
Vikianbarda əlaqəli mediafayllar |
2013-cü ildə Gürcüstan Respublikasının Prezidenti vəzifəsini başa çatdıran Saakaşvili bir müddət Avropa və ABŞ-də hüquq sahəsində çalışdıqdan sonra Ukraynaya yollanmışdır. 2014–2015 Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Mixail Saakaşvili Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilmişdir.[3][4][5]