Mixail Qorbaçov
From Wikipedia, the free encyclopedia
Mixail Sergeyeviç Qorbaçov (rus. Михаил Сергеевич Горбачёв, 2 mart 1931[1][2][…], Privolnoye[d], Şimali Qafqaz diyarı[d], RSFSR, SSRİ – 30 avqust 2022[3][4][…]) — Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti (1991), Nobel sülh mükafatı laureatı (1990), Sosial-iqtisadi və siyasi tədqiqatlar fondunun (Rusiya) prezidenti. Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 89-cu şəxs olaraq daxil edilib.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Mixail Qorbaçov | |
---|---|
rus. Михаил Горбачёв | |
| |
15 mart 1990 – 25 dekabr 1991 | |
Vitse-prezident | Gennadi Yanayev |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
11 mart 1985 – 24 avqust 1991 | |
Əvvəlki | Konstantin Çernenko |
Sonrakı | Vladimir İvaşko[ru] (i. e.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 mart 1931(1931-03-02)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 avqust 2022(2022-08-30)[3][4][…] (91 yaşında) |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, hüquqşünas, ətraf mühit fəalı, iqtisadçı, vəkil |
Həyat yoldaşı | Raisa Maksimovna Qorbaçova |
Uşağı | İrina Mixailovna Virqanskaya |
Dini | ateizm[6] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[7], İqtisadi islahat[7], demokratikləşmə[7], Perestroyka[7] |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
gorby.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Qorbaçovun Sovet İttifaqında dövlət başçısı və Sov. İKP rəhbəri kimi fəaliyyəti dövründə bütün dünyaya təsir edən və aşağıdakı tarixi hadisələrin nəticəsi olan ciddi dəyişikliklər baş verdi: sovet sistemini islahat üçün genişmiqyaslı cəhd ("Yenidənqurma"); qlasnost siyasəti, "yeni siyasi təfəkkürün", söz və mətbuat azadlığının, demokratik seçkilərin tətbiqi; sosialist iqtisadiyyatından bazar iqtisadiyyatı modeli istiqamətində islahatların aparılması; Sovet İttifaqında yeni siyasi və iqtisadi azadlıqlar, Şərqi və Mərkəzi Avropada marksist-leninist administrasiyaların süqutu, Almaniyanın yenidən birləşməsi, soyuq müharibənin sonu; sovet qoşunlarının Əfqanıstandan çıxarılması (1989); Varşava Müqaviləsi Təşkilatı və Sovet İttifaqının dağılması.