Mirzə Yusif (vəfatı قاراقویونلولار22 oktyabr 1469, Ağqoyunlu dövləti) Qaraqoyunluların son sultanı.

Cəld faktlar Mirzə Yusif, Əvvəlki ...
Mirzə Yusif
bayraq
Qaraqoyunlu dövlətinin Sultanı
bayraq2
1468 1469
ƏvvəlkiHəsənəli
SonrakıQaraqoyunlu dövlətinin Ağqoyunlular tərəfindən fəthi
Şəxsi məlumatlar
Doğum yeri Qaraqoyunlular
Vəfat tarixi
Vəfat yeri Ağqoyunlular
Milliyyəti Azərbaycan türkü
Atası Cahan şah
Həyat yoldaşı Əlişükür bəy Baharlının qızı
Uşağı Xədicə bəyim
Dini İslam, Şiə
Bağla

Cahan şahın dövründə

Mirzə Yusif Cahan şahın oğlu idi. 1464-cü ildə böyük qardaşı Pirbudağın qiyamından sonra Fars valisi təyin edildi.[1] Ancaq 11 noyabr 1467-ci ildə Çapaqcur döyüşündə Uzun Həsən tərəfindən tutuldu və kor edildi.

Səltənəti

1468-ci ildə Cahan şahın əmir-ümərası və vəziri Pirəli bəy Baharlı tərəfindən sultan elan edildi.[2] Tezliklə Sultanəli (Həsənəlinin oğlu) və Ağqoyunluların rəqib şahzadəsi Mahmud bəy (Qara Osmanın oğlu) ilə birləşdi.[1] Luristanda bir sıra hərbi uğurlar əldə etdilər. Ancaq tezliklə Uzun Həsən tərəfindən məğlub edildi və 1469-cu il 22 oktyabrda Uzun Həsənin oğlu Uğurlu Məhəmməd tərəfindən öldürüldüyü Şiraz şəhərinə çəkildi. Pirəli bəy Baharlı isə Həsən Bayqaranın sarayına qaçdı.[2]

Ailəsi

Qızı Xədicə bəyim Əlvənd Mirzənin oğlu Pirqulu bəylə evləndi. Onların nəvəsi Sultanqulu Qütbülmülk daha sonra Qütbşahlar sülaləsini əsasını qoydu.[3]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.