Mirzə Əli Ləli
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim.[1]
Mirzə Əli Ləli | |
---|---|
Mirzə Əli Xan Ləli | |
Təxəllüsü | Ləli |
Doğum tarixi | 1845 |
Doğum yeri | |
Vəfat tarixi | 1907 |
Vəfat yeri | |
Fəaliyyəti | şair, həkim |
Mirzə Əli Ləli Vikimənbədə |
Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə[2] dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib. İranın ən məşhur həkimlərindən biri sayılıb.
Ləlinin hikmətli sözləri dillərdə əzbər olub və zərbi-məsəllərə çevrilib. Şair-həkim bir sıra həcvlər də qələmə almışdır. "Şəmsül-hükəma" ləqəbini Müzəffərəddin şahın Təbrizdə vəliəhd olduğu vaxtlarda xəstələrindən birini müalicə edib sağaltdığı üçün alıb və bundan başqa ona vəzifə də verilib.
Məddahlıqla arası olmayan, hürriyyət və azadlıq sevən şair o dövrdə yüksək mənsəb sahiblərinin qüsurlarını öz həcvlərində yazıb. Vaxtının çoxunu səyahətdə keçirib. Əsasən Tiflisə və İstanbula səfərlər edib.
Şeirlərinin çox Azərbaycan türkcəsindədir. Qəsidələri, qəzəlləri, dübeytləri və növhələri vardır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.