From Wikipedia, the free encyclopedia
Mirzə Əliəkbər Dehxuda (1879[1], Tehran – 9 mart 1959[2], Tehran) — ictimai-siyasi xadim, yazıçı, lüğət tərtibçisi, şair. Təxəllüsü Əllamə idi.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əslən İran azərbaycanlısı olan Dehxuda Tehranda anadan olmuşdur. Atası Xan Babaxan (خان باباخان) Qəzvin şəhərinin ortabab mülkədarlarından olmuşdur.
”Sur-e İsrafil” – 1907-1908-ci illərdə Tehranda nəşr olunan ictimai-siyasi və ədəbi jurnal idi. Redaktoru Cahangir xan Şirazi, naşiri isə Ələkbər xan Dehxuda olmuşdur. 1905-1911-ci il inqilabı dövründə İranın ədəbi-ictimai həyatında mühüm rol oynayan “Sur-e İsrafil”in “Çərən-pərən” adı altında xüsusi satirik rubrikası var idi. Dehxuda bu rubrikada öz yazılarını Dəxu təxəllüsilə imzalamışdır.
“Sur-e İsrafil” jurnalı bir sıra məsələlərdə “Molla Nəsrəddin”lə səsləşirdi.
Dehxuda lüğəti (fars. لغتنامه دهخدا)- fars dilində hazırkı dövrə qədər nəşr olunmuş ən iri həcmli 16 cildlik lüğətdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.