Mirnı stansiyasıSSRİ, Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya Deyvis dənizi sahilində yerləşir[1]. Stansiyanın adı Antarktidanın kəşfində iştirak etmiş «Mirnı»[2] gəmisinin şərəfinə adlandırılmışdır.

Thumb
Mirnı stansiyası
Mirnı stansiyası Antarktida xəritəsində
Thumb
Mirnı sransiyası marka üzərində

Tarix

5 yanvar 1956-ci ildə "Ob" gəmisi Birinci Sovet Antarktik ekspedisiyası cərcivəsində Antarktida sahilində dayanırlar[1][3]. 15 yanvar tarixində isə stansiyanın tikinti yeri seçilir[1]. Burada 21 bina və hava limanı inşa edilir[3]. Stansiya 13 fevral 1956-cı ildə[1][2] açılır. Bu Sovetlər birliyinin Antarktidada yerləşən ilk qütb stansiyası olur.

Xüsusiyyətləri

İlk əvvəllər Sovetlərə məxsus olan bütün Antarktik stansiyaların idarə olunması buradan idarə edilirdi. Üstəlik mərkəzi baza rolunu oynayırdı. Hazırda isə bu yükü "Novolazarevskaya" stansiyası yerinə yetirir. Stansiyanın rəhbəri Vladislav Qerboviç olmuşdur.

Stansiya il boyu fəaliyyət göstərir. Yayda stansiyada 160—200 nəfər, qışda isə 40—50 nəfəri qəbul etməyə imkan verir. Ən yaxın məntəqə 678 km aralıda yerləşən Deyvis (Avstraliya) stansiyasıdır.

Stansiya yaxınlığında Hauell adaları yerləşir. 1956-cı il İkinci Sovet Antarktika ekspedisiyası zamanı burada yerləşən bir çox adalara ad verilmişdir: Zıkov adasıBuromski adası.

Hətta Mirnıdan Vostok stasiyası yürüş təşkil edilmişdir. Hazırda isə Vistok stansiyasında təminat Proqres stansiyası ilə həyata keçirilir.

İqlim şərtləri

Stansiyada orta illik temperatur -11 °C təşkil edir. İlin 220 günü güçü 15 m/s olan küləklər əsir.

Thumb
Mirnı stansiyasındakı 1956-2014-cü illər üzrə temperatur sxemi.

Xatirə

Bu elmi-araşdırma stansiyasının şərəfinə Lineska rayonu ərazisində Mirnı qəsəbəsi salınmışdır.

İstinadlar

Mənbə

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.