![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/97/Milad_Beygi.jpg/640px-Milad_Beygi.jpg&w=640&q=50)
Milad Beygi
Taekvondoçu / From Wikipedia, the free encyclopedia
Milad Beygi[1] və ya tam adı ilə Milad Beygi Hərçigani[1] (farsca: میلاد بیگی 1 mart 1991, İsfahan[1]) — İran əsilli Azərbaycan taekvondoçusu. Milad Beygi, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Milad Beygi, 2015-ci ildə baş tutan I Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. O, həmçinin 2017-ci ildə Tayvanın paytaxtı Taybey şəhərində baş tutan Tələbələrin Universiada Oyunlarınında qalibi olub.
Milad Beygi | ||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
![]() ![]() |
|||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 1 mart 1991(1991-03-01) (33 yaş) | |||||||||||||||||||||||||||||||||||||
Doğum yeri |
|
|||||||||||||||||||||||||||||||||||||
Boyu | 200 sm. (6 ft 7 in) | |||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 80 kq | |||||||||||||||||||||||||||||||||||||
İdman növü | Taekvondo | |||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2014— | |||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Reza Mehmandost | |||||||||||||||||||||||||||||||||||||
Komandası | Gilan İdman Klubu | |||||||||||||||||||||||||||||||||||||
Medallar
|
O, həm də 2016-cı ildə Avropa, 2017-ci ildə isə Dünya çempionu olub. Karyerası ərzində qatıldığı 22 yarışın 19-da qızıl, 1-də gümüş, 2-də isə bürünc medal qazanan Milad Beygi, Azərbaycan yığmasının heyətində 2015 və 2016-cı illərdə Komandalar arası Dünya Kubokunun qalibi olub.
Milad Beygi, I Avropa Oyunlarında qazandığı uğura görə "Şöhrət" ordeni[2] ilə, XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu[3] ilə təltif edilib.