Meyoz bölünmə
Meyoz bölünmə / From Wikipedia, the free encyclopedia
Cinsiyyətli çoxalmada cinsiyyət hüceyrələri qametlər iştirak edir. Erkək qamet spermatogenez, dişi qamet Yumurtahüceyrə adlanır. Cinsiyyət orqanlarında erkəyin toxumluğunda və dişinin yumurtalığında qametlər yaranır. Yumurtahüceyrənin formalaşması Ovogenez, spermatazoidin formalaşması isə Spermatazoid adlanır.
Yetişmə başlayana qədər xromosomların diploid yığımı (2n) olur. Məsələn insanda ön cinsiyyət hüceyrələri yetişənə qədər 46 xromosom olur. Yetişdikdən sonra qametlərdə xromosomların sayı bölünür - haploid (n) olur.
Yetişmə zamanı cinsiyyət hüceyrələri bölünür. Bu proses Meyoz adlanır. Meyoz iki ardıcıl bölünmədən ibarətdir. Əvvəlcə ana hüceyrə bölünür və iki qız hüceyrə yaranır. Sonra bu iki hüceyrə bölünür və qametlər - spermatazoid və yumurtahüceyrə olaraq formalaşan 4 hüceyrə yaranır.
Həm birinci, həm də ikinci meyoz bölünməsi zamanı Mitozda olduğu kimi dörd mərhələ seçilir: Profaza, Metafaza, Anafaza və Telofaza. İnterfazada meyoz başlayana qədər xromosomların diploid yığımı vardır. Burada DNT ikiləşir. Hər xromosom iki xromotitdən ibarət olur.