Messel karxanası
From Wikipedia, the free encyclopedia
Messel karxanası (alm. Grube Messel) — Almaniyanın Frankfurt-Mayn şəhərindən təxminən 35 km cənub-şərqdə Messel kommunasının yaxınlığında yerləşən Eosen dövrünün (56-34 milyon il əvvəl) dəyərli fosillərinin tapıldığı yer. Şist qatlarında tapılmış erkən məməlilərin və digər canlı orqanizmlərin qalıqları çox sayda olması ilə yaxşı qorunub saxlanılır və xüsusi elmi dəyər kəsb edir. Bunun sayəsində 9 dekabr 1995-ci ildə Messel karxanası UNESCO-nun siyahısına salınmış Almaniyada yerləşən obyektlərinə daxil edilmişdi. Burada hələ də paleontologiya qazıntıları aparılır ki, bu da buraya bir çox turistləri cəlb edir.
Cəld faktlar Ölkə, Tip ...
Messel karxanası | |
Ölkə | |
---|---|
Tip | Təbii |
Kriteriya | (viii)[d][1] |
Keçid | 720 |
Daxil edilməsi | (qeyri-məlum sessiya) |
Bağla