Mehmed Seyfəddin Əfəndi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Mehmed Seyfəddin Əfəndi (22 sentyabr 1874 və ya 21 sentyabr 1874, Beşiktaş, İstanbul ili – 19 noyabr 1927 və ya 1927, Nitsa) — 33. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu, Osmanlı şahzadəsi.
Mehmed Seyfəddin Əfəndi | |
---|---|
محمد سيف الدين أفندي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (53 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Süleymaniyyə təkyəsinin qəbiristanlığı, Dəməşq |
Fəaliyyəti | bəstəkar |
Atası | Əbdüləziz |
Anası | Gövhəri Qadınəfəndi |
Həyat yoldaşları |
Nəşə-fələk xanım Nervaliter xanım |
Uşaqları |
Mehmed Əbdüləziz Əfəndi Mahmud Şövkət Əfəndi Əhməd Tövhid Əfəndi Fatma Gövhəri Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Şahzadə Mehmed Seyfəddin Əfəndi 1874-cü ildə atası Sultan Əbdüləzizin səltənəti əsnasında Dolmabağça sarayında dünyaya gəldi. Anası isə onun beşinci xanımı Gövhəri xanım idi. 2 yaşında atasının taxtdan endirilməsi və şübhəli ölümünün ardından anası ilə birlikdə Fəriyə sarayında gözaltına alındı. Gənclik illəri bu sarayda nəzarət altında keçən Seyfəddin Əfəndi ilk təhsilini 1879-cu ildə qardaşı Şövkət Əfəndi və bacısı Əsma Sultan, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim Əfəndi və Zəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. Anasının 1894-cü ildə vəfatından sonra Sultan Əbdülhəmidin himayəsinə girdi. Donanmada hərbi təlim keçdi və yüksək rütbəyə gəldi.
Digər yandan saray musiqisi ilə də yaxından məşğul olurdu və III Səlimdən sonra Osmanlı sülaləsinin ən məşhur ikinci bəstəkarı idi. Tamburi Cəmil bəy müəllimlərindən biri idi. Qanun, piano, skripka və tamburda ifa etdiyi bir çox bəstələri vardı. Övladlarına da musiqi təhsili verən Seyfəddin Əfəndi 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra Fransanın Nitsa şəhərinə getdi. Sürgünün üçüncü ilində Nitsada bağırsaq infeksiyası səbəbilə vəfat etdi. Cənazəsi Dəməşqə aparıldı və burada Süleymaniyyə təkyəsinin qəbiristanlığına dəfn olundu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.