Mehdiyyə üsyanı və yaxud İngiltərə-Sudan müharibəsi (ərəb. الثورة المهدية; 1881–1899) — Sudanda özünü "Mehdi" (Məsih) elan edən Məhəmməd Əhmədin başçılıq etdiyi üsyan. Hərəkat üsyan kimi başlasa da, sonradan Məhəmməd Əhməd bin Abdullanın ardıcılları ilə əvvəlcə Misir xidivliyi qüvvələriylə sonra isə İngiltərə ordusu arasında genişmiqyaslı müharibəyə çevrilib. On səkkiz illik müharibə Britaniya imperiyasının və Misir krallığının de-yure kondominiumu olan İngilis-Misir Sudanının (1899-1956) nominal olaraq birgə idarə olunması ilə nəticələndi. Bu zaman İngiltərə Sudan üzərində faktiki nəzarətə malik idi. Mehdiyyəlilər Sudanın qonşularına qarşı bir neçə uğursuz hücum həyata keçirdilər. Bununla onlar münaqişənin miqyasını təkcə Britaniya və Misiri deyil, həm də İtaliya krallığı, Konqo Azad Dövləti və Efiopiya imperiyasını əhatə edəcək şəkildə genişləndirdilər.
Cəld faktlar Tarix, Yeri ...
Bağla
Britaniyanın müharibədə iştirakı Sudan kampaniyası adlanır. Tarixşünaslıqda bu müharibə digər adlara da malikdir - Mehdiyyə üsyanı, İngilis-Sudan müharibəsi və Sudan Mehdiyyəsi üsyanı.