From Wikipedia, the free encyclopedia
Mauro Koduççi və ya Kodussi (it. Mauro Codussi; təq. 1440[1][2][…], Berqamo əyaləti – 1504[1][2][…] və ya 23 aprel 1504[3], Venesiya) — İtalyan heykəltaraşı və erkən İntibah dövrü memarı.
Mauro Koduççi, 1440-cı ildə Berqamo yaxınlığında dünyaya gəlib. 30 yaşına qədər heykəltaraşlıq ixtisası üzrə təhsil aldığı Lombardiyada yaşayan Mauro, təxminən 1468-ci ildə Venesiyaya gəlir. Maraqlıdır ki, demək olar həmin vaxtda Venesiyaya digər bir görkəmli memar — Pyetro Lombardo da gəlir. Sonralar Pyetro, Mauro ilə bir çox ortaq işə imza atırlar.
Koduççi, Venesiyada bina dizaynında Florensiya motivlərini tətbiq etmiş ilk memar olmuşdu. O, intibahın yeniliklərini mövcud Bizans memarlıq üslubu ilə uğurla birləşdirməyi də bacarmışdı.
Koduççi üçün fasadların dəbdəbəli ornamentlərlə bəzənməsinə, yarımdairəvi fronton formalarına olan ehtiras tipik hesab edilirdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.