![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1c/NASA-MatsuwaIsland.jpg/640px-NASA-MatsuwaIsland.jpg&w=640&q=50)
Matua adası
From Wikipedia, the free encyclopedia
Matua (yap. 松輪島) — Kuril adaları Böyük Kuril cərgəsi mərkəz qrupuna daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə[1] daxildir. Adada yaşayış yoxdur.
Matua adası | |
---|---|
rus. Матуа | |
![]() | |
Ümumi məlumatlar | |
Sahəsi | 52 km² |
Hündür nöqtəsi | 1446 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
48°05′ şm. e. 153°13′ ş. u. | |
Ölkə |
![]() |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
![]() |
Adanın sahəsi 53 km² təşkil edir. Ununluğu şimal-qərbdən cənub-şərqə 11 km, eni isə 6,4 km təkil edir. Adada yaşayışı olmayan Sarıçevo və Qubanovka yaşayış məntəqələrinin qalıqlsrı günümüzdə belə qalır. Adadan 1,3 km şərqdə Toprkovı adası yerləşir. Adanın sahəsi 1 km², hündürlüyü isə 70 metrdir. Ada ərazisində fəaliyyətdə olan Sarıçev vulkanı mövcuddur. Onun hündürlüyü 1446 metr təşkil edir. Kiçik Xesupo çayı içməli suya malikdir. Dvoynaya buxtası yaxtaların sərbəst yan almasına imkan verir. Ada kollarla örtülüdür. Burada qızılağac bitkisi sız kolluqlar əmələ gətirir. Ərazisində tülkülər və kiçik gəmiricilərə rast gəlmək mümkündür. Sahillərində dəniz şirlərinin cəmləşdiyi ərazilər vardır. Sahil sularında isə halqaşəkilli suitiləri görmək mümkündür. Qıvrımdimdik, qarabatdaq və qağayıları müşahidə etmək mümkündür.
Qolovnin boğazı ilə Raykoke adası (18 km şimalda), İnam boğazı ilə isə Rasşua adasından (28 km cənub-qərb) ayrılır.