Marquşavan əməliyyatı
From Wikipedia, the free encyclopedia
Marquşavan əməliyyatı və ya Marağa əməliyyatı — 10 aprel 1992-cü ildə, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə qarşı indiki Şıxarx kəndinin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı.
Marquşavan əməliyyatı | |||
---|---|---|---|
Birinci Qarabağ müharibəsi | |||
| |||
Tarix | 10 aprel 1992 (1992-04-10) – 17 aprel 1992 (1992-04-17) (7 gün) | ||
Yeri | Şıxarx, Azərbaycan | ||
Nəticəsi | Azərbaycanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Əvvəllər Leninavan, Marağa və Marquşavan adlanan Şıxarx kəndi Azərbaycanın Tərtər şəhərindən bir qədər qərbdə, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunda yerləşirdi, kəndin 5 minə yaxın əhalisi var idi. Əməliyyatdan iki ay əvvəl Ermənistan Silahlı Qüvvələri Xocalı şəhərini zəbt etmiş, orada dinc əhaliyə soyqırımı törətmişdir. Əlavə olaraq, erməni qüvvələri həmin aydan Tərtər şəhərini daim PDM, toplardan və raket qurğularından atəşə tuturdu.
Əməliyyata 10 aprel 1992-ci ildə başlanmışdır. Azərbaycan qoşunları səhər tezdən artilleriya və tank dəstəyi ilə kəndə hücum etmiş, günortaya yaxın Şıxarx kəndi işğaldan azad edilmişdir. Buna baxmayaraq, Ermənistan qüvvələri ertəsi gün kəndi yenidən işğal etmişdir. Azərbaycan qoşunları bir həftə sonra yenidən hücum edərək kəndi birdəfəlik işğaldan azad etmişdir. Ermənistan tərəfinin iddialarına görə, "Marquşavan" əməliyyatı əsnasında Azərbaycan qüvvələri 50-yə yaxın mülki şəxsi öldürmüşdür. Ermənistan hakimiyyəti əməliyyatı azərbaycanlıların Xocalı soyqırımının qisası və Marağa qətliamı (erm. Մարաղայի կոտորած) kimi təqdim edir.[1]