Marian çökəkliyi
From Wikipedia, the free encyclopedia
Marian çökəkliyi[2] — Sakit okeanın qərbində yerləşən (daha dəqiq Filippin dənizində) okeanik dərinsulu çökəklik, dünyaya məlum olan çökəkliklərdən ən dərinidir[3]. "Marian" adı yanında olan Marian adalarına görə adlanıb.
Cəld faktlar Ümumi məlumatlar, Dərinliyi ...
Marian çökəkliyi | |
---|---|
Mariana Trench | |
Ümumi məlumatlar | |
Dərinliyi | −10.994 ± 25 m[1] |
Yerləşməsi | |
11°21′ şm. e. 142°12′ ş. u. | |
Akvatoriya | Şimali Sakit okean[d] |
Yerləşməsi | Şimali Marian adaları |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Marian çökəyinin ən dərin nöqtəsi "Challenger Uçurumu"-dur (ing. Challenger Deep). O, çökəkliyinin cənub-qərb hissəsində yerləşir (koordinatlar: 11°22,40′ şm. e. 142°35,50′ ş. u.). 2011 ilin ölçmələrinə görə onun dərinliyi dəniz səviyyəsindən 10 994 ± 40 m aşağı təşkil edir.