Maliyyə analizi
From Wikipedia, the free encyclopedia
Maliyyə analizi — (maliyyə hesabatının təhlili, mühasibat təhlili və ya maliyyənin təhlili kimi də istinad edilir) biznesin, sub-biznesin və yaxud layihənin həyat qabiliyyətinin, sabitliyinin və gəlirliliyinin qiymətləndirilməsinə aiddir. Bu, maliyyə hesabatlarından və başqa hesabatlardan alınan məlumatlardan istifadə edən əmsallar və başqa metodlardan istifadə edərək hesabat hazırlayan mütəxəssislər tərəfindən həyata keçirilir. Adətən bu hesabatlar biznes qərarlarının qəbul edilməsində əsaslardan biri kimi yuxarı rəhbərliyə təqdim olunur. Maliyyə analizi müəssisənin aşağıdakıları edə biləcəyini müəyyən edə bilər:
- Əsas fəaliyyətinizi və yaxud fəaliyyətinizin bir hissəsini davam etdirmək və ya tam əksinə dayandırmaq;
- Öz məhsulunu hazırlamaq üçün müəyyən materiallar istehsal etmək və yaxud əldə etmək;
- Öz mallarınızın istehsalında müəyyən maşın və avadanlıqları əldə etmək və yaxud icarəyə vermək;
- Səhmləri buraxmaq və yaxud dövriyyə kapitalının artırılması üçün bank krediti haqqında danışıqlar aparmaq;
- İnvestisiya və yaxud kredit kapitalı ilə əlaqəli qərarlar qəbul etmək;
- Rəhbərliyə öz biznesinin həyata keçirilməsində müxtəlif alternativlər üzrə məlumatlı seçim etməyə imkan verən digər qərarlar qəbul etmək;