Albaniyanın mərkəzi hissəsində, Dayti Milli Parkı ilə sərhəddə yerləşən qorunan landşaft From Wikipedia, the free encyclopedia
Mali me Qropa-Bize-Martaneş qorunan landşaftı (alb. Peizazhin e Mbrojtur Mali me Gropa-Bizë-Martanesh ) ― Albaniyanın mərkəzi hissəsində, Dayti Milli Parkı ilə sərhəddə yerləşən qorunan landşaft. Landşaft 25266,42 hektar ərazini əhatə edir.[3] Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) ərazinin V kateqoriyaya daxil etmişdir. Bölgə Plantlife tərəfindən beynəlxalq Mühüm Bitki Sahəsi (ing. Important Plant Area IPA) olaraq da tanınmışdır.[4]
Landşaft flora və faunanın geniş müxtəlifliyini ehtiva edir.[5] Sıx iynəyarpaqlı və enliyarpaqlı meşələr landşaftın ümumi sahəsinin 68%-ni təşkil edir.[6]
Landşaftın faunası 44 növ məməli, 130 növ quş, 23 növ sürünən və 12 növ amfibiyadan ibarət olmaqla 209 növlə təmsil olunur.[5] Meşəlik ərazilərdə qəhvəyi ayı, boz qurd və vaşaq yaşayır. Landşaftda berqut, tetraçalan, ağ kərkəs, adi sar, arıyeyən, Tachymarptis melba və s. də daxil olduğu 130 quş növü müşahidə edilmişdir.[7] Ərazidə həmçinin çox sayda sürünən və amfibiya növü var. Onlardan ən çox yayılmış olanlara bataqlıq tısbağası və herman tısbağası daxildir.[7]
Landşaft Albaniyadakı bitki növlərinin ümumi sayının 12%-ni təşkil edən 450 növə ev sahibliyi edir.[8] Ərazinin bitki örtüyü şaquli olaraq bir neçə fərqli zonaya bölünür. Aralıq dənizi iqliminə daxil olan iynəyarpaqlı meşə zonasında avstriya şamı, meşə fıstığı, ağ şam, avstriya palıdı, macar palıdı, parik ağacı üstünlük təşkil edir. Enliyarpaqlı meşələr isə Hirkan həmişəyaşıl şümşadı, tikanlı ardıc və tikanlı qaratikan ağaclarından ibarətdir.[8] Alp çəməliyi zonasında əsasən qırtıckimilər, mamır və şibyələr yetişir və həmçinin qaragilə və nadir çiçəklərlə də zəngindir. Ən çox yayılmış növlərə bahar zərifcə, alp çayırçiçəyi, qaragilə və primula vulgaris daxildir.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.