Mak-Medro boğazı
From Wikipedia, the free encyclopedia
Mak-Medro boğazı ing. McMurdo Sound - Antarktidada buzla örtülü olub, təqribi olaraq eni və uzunluğu 55 km təşkil edir. Boğaz Ross dənizi akvatoriyasında yerləşir. Qərb sahillərində hündürlüyü 4205 m olan Royal Sociely Range dağı yerləşir. Cənubunda Mak-Medro şelf buzlağı yerləşir, şərq sahili Ross adasını ilə əhatələnir. Adada Erebus vulkanı yerləşir. Hündürlüyü 3794 m təşkil edir. Cənubunda Antarktidanın ən böyük elmi-tədqiqat bazası olan Mak-Medro ABŞ, Skot-Beys Yeni Zellandiya bazalarıdır. Boğaz Cənub qütbündən 1300 km uzaqlıqda yerləşir. Boğazın sahilləri yayda cəmi 10% buzdan azad olur. Boğazın sularına Sakit okean və Atlantik okeandan gələr isti cərəyanlar qərb küləklərinin təsiri ilə sıfıra endirilir. Qütb gecələri zamanı burada temperatur -51 °C, yanvar və dekabr ayları zamanı isə -1 °C qalxır. Qışda buzlağın qalınlığı 3 m-ə çatır.
Mak-Medro boğazı | |
---|---|
ing. McMurdo Sound | |
Ümumi məlumatlar | |
Eni | minimum 55 km |
Uzunluğu | 55 km |
Yerləşməsi | |
77°30′00″ c. e. 165°00′00″ ş. u. | |
Ölkə | Antarktida |
Akvatoriyası | |
Ayırır | Ross adasını materikdən |
Vikianbarda əlaqəli mediafayllar |