Böyük Azadlıqlar Xartiyası
From Wikipedia, the free encyclopedia
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. (iyul 2022) |
Cəld faktlar İmzalanma tarixi, İmzalayanlar ...
İmzalanma tarixi | 15 iyun 1215 |
---|---|
İmzalayanlar | Kral Con və onun baronları |
Vikimənbədə elektron versiyası |
Bağla
Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bu günədək qüvvədədir.