![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/41/Magellanic_Clouds_%25E2%2580%2595_Irregular_Dwarf_Galaxies.jpg/640px-Magellanic_Clouds_%25E2%2580%2595_Irregular_Dwarf_Galaxies.jpg&w=640&q=50)
Magellan buludları
From Wikipedia, the free encyclopedia
Magellan buludları — anlayış özündə Böyük Magellan Buludu və Kiçik Magellan Buludunu birləşdirir. Bizim kimi şimal yarımkürəsinin digər sakinləri də bu gözəlliyi görməkdən məhrumdurlar. Bu qalaktikalar, yəni Böyük və Kiçik Magellan buludları cənub yarımkürəsindən müşahidə olunur. Hətta binoklsuz və ya teleskopsuz belə, cənub yarımkürəsində onları görmək mümkündür. Təxminən 180 min işıq ili uzaqlıqda yerləşən Magellan Buludları bizim qalaktikamızın çox yaxınındadırlar. Bizim qalaktikamız Süd Yolu qalaktikasının peykləri hesab olunan bu qalaktikalar "cırtdan" qalaktikalar hesab olunur. Cırtdan dedik sizə kiçik bir cisim kimi gəlməsin. Belə ki, Böyük Magellan Buludu 30 min işıq ili genişliyindədir və 1 milyarda qədər ulduza ev sahibliyi edir. Kiçik Magellan Buludu isə bir az daha kiçik olub, 20 min işıq ili genişliyindədir. Bu qalaktikaya isə 3–5 milyon ulduz daxildir. Adlarını təxmin etdiyiniz kimi Magellandan almış olsalar da, 1-ci illərdə fars astronom Əl Rəhman əl Sufi tərəfindən kəşf olunmuşdur.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/41/Magellanic_Clouds_%E2%80%95_Irregular_Dwarf_Galaxies.jpg/640px-Magellanic_Clouds_%E2%80%95_Irregular_Dwarf_Galaxies.jpg)