![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e3/Logo_of_the_Hungarian_National_Bank.svg/langaz-640px-Logo_of_the_Hungarian_National_Bank.svg.png&w=640&q=50)
Macarıstan Milli Bankı
From Wikipedia, the free encyclopedia
Macarıstan Milli Bankı (mac. Magyar Nemzeti Bank (MNB) ― Macarıstanın mərkəzi bankı və Avropa Mərkəzi Banklar Sisteminin (ESCB) bir hissəsi. Macarıstan Milli Bankı 1924-cü ildə quruldu və Kral Macarıstan Dövlət Bankının yerinə keçdi. Macarıstan Milli Bankı beynəlxalq münasibətlərinə və beynəlxalq iqtisadi qurumların və maliyyə təşkilatlarının (AB, BVF, IƏİT, BHB) peşəkar forumlarında iştirakına xüsusi əhəmiyyət verir.
Macarıstan Milli Bankı | |
---|---|
Magyar Nemzeti Bank | |
![]() | |
![]() | |
Yerləşməsi | |
47°30′12″ şm. e. 19°03′07″ ş. u. | |
Ölkə | |
Ünvan | Budapeşt şəhəri Belvaroş rayonunun Azadlıq meydanı |
Ümumi məlumatlar | |
Yaranma tarixi | 24 iyun 1924 |
Ehtiyatları | $44.8 milyard (31 dekabr 2014)[1] |
Valyuta |
Macarıstan forinti HUF (ISO 4217) |
Baza hesabaalma norması | 0.90% (may 2016)[2] |
Baza depozit norması | 0.90% (may 2016) |
Sələfi | Kral Macarıstan Dövlət Bankı |
Digər məlumatlar | |
Saytı | mnb.hu |
![]() |
Onun əsas məqsədi qiymət sabitliyidir, amma eyni zamanda o, milli valyuta olan forinti buraxmaq, dövriyyədəki pula nəzarət etmək, mərkəzi bankın təməl məzənnəsini təyin etmək, rəsmi valyuta məzənnələrini dərc etmək və valyuta məzənnəsinə təsir göstərmək üçün xarici valyuta ehtiyatlarını və qızılı idarə etmək məsuliyyətlərini daşıyır.