From Wikipedia, the free encyclopedia
MKUltra layihəsi (ing. Project MKULTRA) və ya Monarx layihəsi (ing. Project Monarch) — ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin gizli proqramının məxfi layihəsinin kod adıdır. Layihənin məqsədi şüurun idarə edilməsi vasitələrini, məsələn agentlərin verbovkası və dindirmələr zamanı informasiya çıxarmaqda psixotron kimyəvi vasitələrin insana təsirinin nəticələrini öyrənmək idi.[1]
Proqram 1950-ci illərin əvvəlindən 60-ı illərin sonuna kimi açıq, sonra isə gizli fəaliyyət göstərib.[2] Mərkəzi Kəşfiyyat İdarəsi bilərəkdən 1973-cü ildə MK-ULTRA layihəsinin əsas fayllarını məhv etdi.[3] Bu da 1975-ci ildə Amerika Konqresinə təcrübənin fəaliyytini öyrənmək işində əngəl yaratdı.[4] Təcrübə altında olanlara kimyəvi maddə yeridilir və elektrik cərəyanı vasitəsilə komatoz vəziyyətə çatdırılandan sonra maqnit lentini dinləməyə məcbur edilirdi. Səs yazısında sadə komandalar dəfələrlə təkrar edilirdi. Məqsəd yaddaşın tam pozulması üzullarını kəşf etmək və şəxsiyyətin tam dəyişdirilməsi məsələsində irəliləyiş əldə etmək idi. Təcrübəni Allan Memorial İnstitutuna çox da böyük olmayan nasazlıqlarla, məsələn nevroz, ya da doğuşdan sonrakı depressiya kimi şikayəti olanlar üzərində qoyulurdu.[5]
Məsələnin ictimailəşməsindən sonra yaranmış skandal parlament tədqiqatı aparmağa və sonunda insan üzərində aparılan hər hansı təcrübənin yazılı razılıq ilə alınmasına dair qanun qəbul edilməsinə təkan verdi.
İnsanlardan daha çox informasiya almaq üçün insan beyninə müxtəlif maddələrin təsir edilməsi öyrənilirdi. Layihədə əsasən, aşağıdakılar tədqiq edilirdi:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.