MF Hüseyn
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
MF Hüseyn və ya Maqbul Fida Hüseyn (ing. Maqbool Fida Husain; 17 sentyabr 1915[1][2][…], Pandharpur[d], Britaniya Hindistanı – 9 iyun 2011[1][3][…], London) — hind əsilli rəssam və rejissor. Onu "Hindistanın Pikassosu" adlandırırlar.
MF Hüseyn Maqbul Fida Hüseyn | |
---|---|
ing. Maqbool Fida Husain | |
Doğum tarixi | 17 sentyabr 1915[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 9 iyun 2011[1][3][…] (95 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam, kinorejissor, siyasətçi, incəsənət xadimi, ssenarist, film prodüseri, fotoqraf |
Janr | portret |
Mükafatları | |
www.mfhussain.com | |
Vikianbarda əlaqəli mediafayllar |
MF Hüseyn 17 sentyabr 1915-ci ildə Hindistanın Pandharpur şəhərində müsəlman ailəsində anadan olub[4].
1940-cı illərdə artıq Hindistan ərazisində kifayət qədər məşhurluq qazanmışdı. O, tezliklə Françiz Nyuton Souzanın Hindistan ərazisində yaratdığı "Müasir Rəssamlar Birliyi"nin üzvü olmuşdur[4].
Ömrünün son illərini Londonda keçirən dünya şöhrətli rəssam 9 iyun 2011-ci ildə 95 yaşında vəfat etmişdir[4].
MF Hüseynin rəssamlıq fəaliyyəti 60 ildən uzun çəkən bir tarixə söykənir. O, yaradıcı fəaliyyətə 40-cı illərdə dekorator olaraq başlayıb. Hüseynin 40-cı illərdəki fəaliyyəti Hindistan modernizminin yeni tarixçəsini yazıb[4].
MF Hüseyn öz əsərlərinin tərzinə, rənglərdən istifadəsinə və texnikasına görə rəsm kultu olan Pablo Pikassonu xatırladır. Məhz bu səbəbdən onu "Hindistanın Pikassosu" adlandırırlar[4].
Maqbul Fida Hüseyn də öz əsərlərində Pablo Pikasso kimi kubizmdən çox istifadə edib. XX əsrin əvvəllərində təsviri incəsənətdə, xüsusilə də rəssamlıqla yaranmış modernist cərəyan olan kubizm Fida Hüseyn yaradıcılığının əsas hissəsini təşkil edir[4].
Rəssamın ilk şəxsi sərgisi 1952-ci ildə İsveçrənin Sürix şəhərində baş tutub. Bu sərgidən sonra MF Hüseyn bütün dünyada maraq doğurub və tanınmağa başlayıb. Bir neçə ildən sonra Hüseyn artıq Hindistanın ən mötəbər mükafatı olan "Padma Shri Award"a layiq görülüb[4].
Rəssam təkcə rəngkarlıqla məşğul deyil, həm də rejissor kimi fəaliyyət göstərib. O, "Rəssamın gözü ilə" adlanan filminə görə "Qızıl Ayı" film mükafatına da layiq görülüb. Kann festivalında səs-küyə səbəb olan və tezliklə dünya şöhrəti qazanan "Minaksi: üç şəhərin tarixçəsi" filminin rejissoru da məhz Maqbul Fida Hüseyndir[4].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.