Məsih (II hissə)
From Wikipedia, the free encyclopedia
Məsih (HWV 56) – Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın ikinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissədə Məsih haqqında peyğəmbərlik, çobanların müjdələnməsi və Məsihin yer üzərində əməlləri göstərilir. İkinci hissədə yeddi səhnədə İsanın əziyyətləri təsvir olunur. Oratoriyanın ən uzun səhnəsi olan “O, xor görüldü” səhnəsindən sonra İsanın ölümü, dirilməsi, yerə enməsi, İncillərin bu haqqda məlumatları səsləndirilir. Bu hissəyə həmçinin “Haleluya” xoru ilə başa çatan “Tanrının triumfu” hissəsi daxildir. Üçüncü hissədə isə Pavelin İsanın dirilməsini öyrənməsi və İsanın Cənnətdəki mövqeyindən bəhs olunur.
Məsih (II hissə) | |
---|---|
| |
Bəstəkar | Georq Fridrix Hendel |
Forma | oratoriya |
Premyera |
|
Hissələr | 23 hissə 7 səhnə. |