![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/21/Southwest_Indian_Ridge_Oceanic-Crust.jpg/640px-Southwest_Indian_Ridge_Oceanic-Crust.jpg&w=640&q=50)
Mərkəzi Hind silsiləsi
From Wikipedia, the free encyclopedia
Mərkəzi Hind silsiləsi — Orta-Okean silsiləsinin tərkibinə daxil olan və Hind okeanının daxilində yerləşən sualtı silsilə. Şimal-qərbdən cənub-şərqə 2300 km məsafəda uzanır. Eni isə 800–900 km arasında dəyişir.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/21/Southwest_Indian_Ridge_Oceanic-Crust.jpg/320px-Southwest_Indian_Ridge_Oceanic-Crust.jpg)
Silsilə şimal-qərbdə Roqriges üçlüyü adlı yerdə Qərbi-Hind silsiləsi və Ərəb-Hind silsiləsi ilə birləşir. Cənub-şərqdən şərqə dönərək Avstraliya-Antarktika qalxmasına keçir.
Silsilənin cənub şərqində Amsterdam platosu yerləşir. Platonun hündürlüyü 1500 m təşkil edir. Burada Sualtı dağlara rast gəlinir. Bu tip dağların bir hissəsi okean səthinə çıxır (Amsterdam adası, Sen-Pol adası).
Okean dibinfən hündürlüyü 1000–1500 arasında dəyişir. Ən dərin rift dətələrinin dərinliyi 4245 metr təşkil edir. Bazalt suxurlardan ibarətdir.