![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2c/Flag_of_Morocco.svg/langaz-640px-Flag_of_Morocco.svg.png&w=640&q=50)
Mərakeş
Şimal-qərbi Afrika dövləti / From Wikipedia, the free encyclopedia
Mərakeş (ərəbcə: əl-Maġrib; Amaziqcə: Lemeɣrib ⵍⵎⵖⵔⵉⴱ, ingiliscə Morocco), rəsmi adı Mərakeş Krallığı olan və Afrikanın şimal-qərbində yerləşən ölkədir. Təxminən 37 milyon əhalisi var, 716,550 km2 ərazini əhatə edir. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir.
Mərakeş Krallığı | |||||
---|---|---|---|---|---|
ərəb. المملكة المغربية bər. ⵜⴰⴳⵍⴷⵉⵜ ⵏ ⵍⵎⴰⵖⵔⵉⴱ | |||||
| |||||
الله، الوطن، الملك | |||||
Himn: Mərakeş himni (azərb. "Çerifian himni") |
|||||
![]() |
|||||
Tarixi | |||||
• İdrisilər sülaləsi | 788 | ||||
• Alauitlər | 1668 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Rabat | ||||
İdarəetmə forması | Unitar parlamentli yarı-konsttitutsiyalı monarxiya | ||||
Kral | VI Məhəmməd | ||||
Baş nazir | Aziz Akhannouch | ||||
Sahəsi | Dünyada 39-cu | ||||
• Ümumi | 710,850 km2 km² | ||||
• Su sahəsi (%) | 0.056 | ||||
Əhalisi | |||||
• Əhali | 37,984,655[2] nəfər (39-cu) | ||||
• Siyahıyaalma (2014) | 33,848,242 nəf. | ||||
• Sıxlıq | 50.0 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $385.337 milyard dollar (55-ci) | ||||
• Adambaşına | ▲ $10,408 dollar (122-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | ▲ $147.343 milyard dollar (60-cı) | ||||
• Adambaşına | ▲ $3,979 dollar (123-cü) | ||||
İİİ (2021) | 0.683 (artım; 123-cü) | ||||
Demonim | Mərakeşli | ||||
İnternet domeni | .ma | ||||
ISO kodu | MA | ||||
BOK kodu | MAR | ||||
Telefon kodu | +212 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
![]() |
Mərakeş Afrika qitəsi ilə Avropa arasında mühüm strateji mövqeyə malikdir. Şimaldan Cəbəllütariq boğazı və Aralıq dənizi, cənubdan Mavritaniya, şərqdən Əlcəzair və qərbdən Atlantik okeanı ilə həmsərhəddir.
Mərakeşin Ərəb və Amazigh olmaqla iki rəsmi dili və bölgələrə görə fərqli dialektləri var, həmçinin bir çox xarici dillərə də (Fransız, İngilis, İspan, Alman, İtalyan, Portuqal) açıqdır.
Mərakeşlilərin əksəriyyətinin danışdığı dil ərəb dilidir. Ümumi olaraq "Darija" adlanan ərəb dili ilə klassik ərəb dili arasında fərq var. Belə ki, “Darija” gündəlik həyatda, klassik ərəb dili isə əsasən dini, siyasi, inzibati, hüquqi və mədəni sahələrdə, eləcə də mediada istifadə olunur. Mərakeş dialekti bir bölgədən digərinə görə dəyişir. Məsələn, “Hasaniyya” ləhcəsi bu dialekt variantlarından biridir və Mərakeşin cənubundakı Sahara əyalətlərində danışılır.
Amazigh Tifinagh yazısı ilə yazılmışdır. Ərəb dili kimi Amazighin də bir neçə ləhcəsi var. Bunlara Rifian (Rifdə danışılır), Tamazight (Orta Atlasda və Yuxarı Atlasın bir hissəsi olan müxtəlif vadilərdə danışılır) və Tachelhit (Yuxarı Atlasda, Soussda və krallığın mərkəzi sahilində danışılır.) daxildir.
Mərakeş seçkili parlamenti olan konstitusiyalı monarxiyadır. İcra hakimiyyəti Hökumətə həvalə olunub. Qanunvericilik hakimiyyəti onun iki palatası: Nümayəndələr Palatası və Müşavirlər
Palatası vasitəsilə Hökumət və Parlament tərəfindən həyata keçirilir. Məhkəmə hakimiyyətini Ali Məhkəmə Şurası həyata keçirir.
Mərakeş dini tolerantlıq ölkəsi hesab olunur. İslam Mərakeşdə dövlət dinidir. Ölkədə yəhudi və xristian icmaları da var. Mərakeş Konstitusiyası hər kəsə ibadət azadlığı verir.
Kral “Əmirəl-möminin”dir (möminlərin əmiri). O, İslama hörmət edilməsini və dinlərin azad şəkildə həyata keçirilməsini təmin edir.