Mərənd
From Wikipedia, the free encyclopedia
Mərənd — İranın Doğu Azərbaycan Bölgəsinda şəhər, Mərənd şəhristanının inzibati mərkəzi. Təbrizin şimal-qərbində yerləşir.
Mərənd | |
---|---|
![]() | |
38°25′ şm. e. 45°46′ ş. u. | |
Ölkə | |
Əhalisi | |
Əhalisi | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 491 |
Digər | |
marand.ir | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Mərənd Şərqi Azərbaycan ostanının iri şəhərlərindən biridir. Şəhər ostanın şimal hissəsində yerləşir. Bağlı-bağatlı, saf suyu və havası, məhsuldar torpağı olan yerdir. Bu şəhər cənubdan Təbrizlə, şimaldan Zunuz, Ələmdar və Culfa vasitəsilə Arazla, qərbdən Xoy və Maku ilə, şərqdən isə Əhər şəhəri (Qaradağ mahalı) ilə həmsərhəddir.
Təbii iqlim şəraitinə görə Mərəndin ərazisinin 2/3 hissəsi qeyri-hamardır. Mərənd dəniz səviyyəsindən 1300-1400 metr yüksəklikdədir. Təbrizlə Mərənd arasındakı məsafə 71 km, Culfa (NMR) ilə isə 60 km-dir. Mərənd tranzit yolu üzərində yerləşir. Təbriz-Culfa dəmir yolu və Təbrizdən Avropaya gedən yollar Mərənddən keçir.
Mərəndi hər tərəfdən böyüklü kiçikli dağ silsilələri əhatə edir. Mərəndin dağları içərisində Mişov dağı öz coğrafi mövqeyi, zənginliyi və təbiətinin rəngarəngliyi ilə fərqlənir. Mərəndlə Urmu gölü və Şəbüstər arasında yerləşən bu dağ Mərəndə gələnləri başından heç vaxt qarı əskik olmayan zirvəsi ilə salamlayır. Təbrizdən Culfaya və Avropaya gedən yollar Mişov dağının ətəyindən keçir. Mişov dağının ətəyində yerləşən Yam yaylağı saf suyu və havası ilə əvəzsiz müalicə ocağıdır.
Mərəndin ərazisini əhatə edən başlıca çaylar Sellisu, Zilbir, Zunuz çay, Sınıq çay, Qaraçay və Ələmdar çaydır. Mərənd müalicəvi bulaqlarla da zəngindir. Mənbəyini Mişov dağından alan Bəysuyu mineral maddələrinə və müalicəvi əhəmiyyətinə görə daha qiymətlidir. Mərənddə havanın hərarəti yayda 38 dərəcədən (dağ ətəyində 10 dərəcədən) yuxarı qalxmır.
1986-cı ilə əhalinin siyahıya alınmasına görə Mərəndin ətrafla birlikdə əhalisinin sayı 260.592 nəfər (şəhər əhalisi 71.373 nəfər), ərazisi isə 4640 kv.km olduğu göstərilir. Mərəndin 157 kəndi var. Ən böyük kəndləri Yekan dizəsi, Yuxarı dizə, Yamçı, Hərzənd, Yam, Köşksaray və sairələridir. Zunuz Mərənd ətrafında ən böyük qəsəbədir.