From Wikipedia, the free encyclopedia
Mənbəşünaslıq - tarixi-mədəni mənbələrin öyrənilməsi haqqında elm.
Xüsusi elmi intizam kimi, Mənbəşünaslıq XIX əsrdə formalaşıb. Bu həm də, tarixi mənbələrin tədqiqi və onlardan istifadə üsullarını işləyib hazırlayan köməkçi fənn, habelə həmin mənbələrin özüdür; məxəzşünaslıqdır.[1]
Mənbələr müxtəlif cür təsnifləndirilir. Azərbaycan tarixinə dair mənbələr əsasən bu cür təsnif edilmişdir: şifahi, maddi, dilçilik, etnoqrafiq, yazılı, kino foto fono sənədlər.[2]
Sıra | Tarixi mənbələrin qrupları | Tərkibi |
---|---|---|
1 | Şifahi | Əfsanələr, nağıllar, bayatılar, atalar sözləri, zərb-məsəllər və s. |
2 | Maddi | Əmək alətləri, sənətkarlıq məmulatları, incəsənət əsərləri, memarlıq qurğuları, ev qalıqları və s. |
3 | Dilçilik | Dilə dair məlumatlar |
4 | Etnoqrafiq | Müxtəlif xalqların məişət ənənələri və s. |
5 | Yazılı | Epiqrafik abidələr, qrafitlər, papirus, dəri, kağız üzərindəki əlyazmalar, çap materialları və s. |
6 | Kino, foto, fono sənədlər | Foto sənədlər, kino xronikalar, səs yazıları və s. |