From Wikipedia, the free encyclopedia
Məlikmüzəffər Şahsuvar bəy Süleyman bəy oğlu Zülqədər — hökmdar, XV yüzillik.
Məlikmüzəffər Şahsuvar bəy Zülqədər | |
---|---|
türk. Şehsüvar Bey | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1432 |
Vəfat tarixi | 1472 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Süleyman bəy Zülqədər |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Süleyman bəyin ikinci oğlu Sahsuvar bəy Məlikmüzəffər ləqəbini daşıyırdı. 1467-ci ildə 1473-cü ilədək bəyliyin hökmdarı olmuşdu.
Şahsuvar bəyin üstündə osmanlılarla məmlüklər arasındaki dostluq daha da pozuldu. Bu dönəmdə Zülqədərli bəyliyi üzərindəki Osmanlı-Məmlük nüfuz mücadiləsi daha da artdı. Məmlük sultani Xoşqədəm, Zülqədərli taxtı üçün yeni bir namizəd tapdı. Şahsuvar bəyin qarşısına bir rəqib çıxarmaq üçün onun əmisi Rüstəm bəyi taxtı ələ keçirməyə təşviq etsə də, bir nəticə əldə edə bilmədi. Məmlük sultani daha sonra Şahbudaq bəyə qüvvələr verərək onu Maraş və Əlbistan üzərinə göndərdi. Qardaşlar arasındaki bu mücadiləni də Şahsuvar bəy qazandı. Məmlük sultani zülqədərlilər üzərinə Sam valisi Berdi bəy başçılığında bir ordu daha göndərdi. Osmanlı padışahının təşviq və yardımlarını alan Şahsuvar bəy bu məmlük ordusunu da məğlubiyyətə uğratdı (1467). Bir il sonra Sultan Qayıtbayın Əmir Qulaqsız idarəsində göndərmiş oldugu çoxsaylı bir ordunu da məğlubiyyətə uğradan Şahsuvar bəy bu mücadilə sonucunda Darəndəni məmlüklərin əlindən aldı.
Bu zəfərdən sonra cəsarəti artan Şahsuvar bəy məmlük ordusuna yardım etmiş olan ramazanoğullarını cəzalandırmaq üçün onlara qarşı hücuma keçdi. Bu hərəkət sonucunda ramazanoğulları əlindəki Payas və Sis (Kozan) şəhərləri Zülqədərlilərin əline keçdi.
Məmlük sultani Qayıtbay bu dəfə lələsi Əmir Özbək başçılığında bir ordu daha zülqədərlilərin üstünə göndərdi. Bu Məmlük ordusunu da məğlubiyyətə uğradan Şahsuvar bəy Məlikül-Müzəffər ləqəbini aldı. Şahsuvar bəyin məmlük ordularını davamlı surətdə məğlubiyyətə uğratması Sultan Qayıtbayın, Fateh Sultan Məhəmmədə məktub yazaraq zülqədərlilərin bu hücumlarını durdurmaları üçün xahiş etdi. Buna görə Sultan Fateh, Şahsuvar bəyə, məmlüklərə qarşı etdiyi basqınları kəsməsini istəsə də, o, Osmanlı hökmdarını dinləməyərək fəaliyyətlərinə davam etdi. Sultan Qayıtbay bu səfər Əmir Yaşbək başçılığında yeni bir ordu göndərdi. Ceyhun çayı kənarında meydana gələn savaşda zülqədərlilər məğlubiyyətə uğradılar. Şahsuvar bəyi qazandığı zəfərlərə güvənərək sultana söz qaytarmışdı. Sultan onu gözdən saldı. Bu üzdən məmlüklərə qarşı dirənə bilmədi və 1372-ci ildə Zamantı qalasına çəkilsə də, uzun bir mühasirədən sonra yaxalanaraq Qahirəyə aparıldı. Burada üç qardaşı ilə birlikdə 1472-ci ildə öldürüldü. Məmlük Sultanı Qayıtbayın əmriyle Babüz-Züvəylə (Züvəyle Qapısı)də edam edildi.
Məlikmüzəffər Şahsuvar bəyin Əli bəy, Qasım bəy adlı oğulları vardı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.