From Wikipedia, the free encyclopedia
Məhsa Əmini etirazları və ya 2022 İran etiraz aksiyaları — İranda 16 sentyabr 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar və vətəndaş iğtişaşlarıdır. İddia olunur ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən həbs edilərkən Məhsa Əmininin hicabının altından bir az saç görünürmüş. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və 3 gün sonra xəstəxanada ölüb. Polis zabitləri onun başına zərbələr vurulduğunu və qadının maşınlardan birinə çırpılması barədə xəbərləri təkzib edirlər. Bəzi qadınlar cəsarətlə hicablarını cırıb yandırırlar.[3]
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Etiraz aksiyaları Tehranda başlayıb, daha sonra Kürdüstan əyalətinin Saqqez, Sənəndəc, Divandərrə, Bənə və Bicar şəhərlərinə, daha sonra isə İranın digər bölgələrinə yayılıb. Həmədan, Kirmanşah, Məşhəd, Səbzevar, Qum, Amol, Babol, İsfahan, Kirman, Şiraz, Təbriz, Rəşt, Sarı, Kərəc, Çalus, Növşəhr, Tonekabon, Ərak şəhərlərində bu etirazlar ilk gündən sürətlə böyüyüb.[4][5] 23 sentyabr 2022-ci il tarixinə ən azı əlli etirazçı öldürülüb. Etirazlara cavab olaraq, İran hökuməti etirazları yatırmaqla yanaşı, etirazçıların təşkilatlanma qabiliyyətini azaltmaq üçün Instagram və WhatsApp kimi proqramlara girişi və interneti məhdudlaşdırıb. Bunlar İranda 2019-cu il etirazlarından sonra internetin tamamilə bağlandığı ən sərt məhdudiyyətlər ola bilər.[6]
27 noyabr 2022-ci ildə Azərbaycanda gənc qızlar Cənubi Azərbaycandan olan azərbaycanlı qızların təşəbbüskarı olduğu fləşmoba dəstək veriblər[7]. Aksiya birinci növbədə İranda öz hüquqları uğrunda mübarizə aparan gənclərə, xüsusilə rejim polisi tərəfindən öldürülmüş azərbaycanlı Hədis Nəcəfi, Əsra Pənahi, Aylar Həqqi və başqa qadınlara həsr edilib. İlk video Təbrizdə[8], ikinci video isə Bakıda çəkilib. Aksiya özündə arxasını kameraya tutaraq saçını bağlayan qızı ehtiva edir. Onlar bu yolla Kərəc şəhərində öldürülmüş Hədis Nəcəfini simvolizə ediblər. Hər iki videoda səsləndirilən musiqi etnomusiqiçi Ariya Türkanburlunun bəstələdiyi "Qadın marşı"-dır. Bu marş Cənubi Azərbaycanda hərəkatın simvollarından birinə çevrilib[9].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.