![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/87/Kafka_Der_Prozess_1925.jpg/640px-Kafka_Der_Prozess_1925.jpg&w=640&q=50)
Məhkəmə (roman)
Frans Kafkanın maraqlı romanlarından biri / From Wikipedia, the free encyclopedia
Məhkəmə (alm. Der Prozess) — Frans Kafkanın yazdığı, ancaq tamamlaya bilmədiyi yarımçıq qalmış roman. Roman Kafkanın ölümündən sonra çap olunmuşdur.
Məhkəmə | |
---|---|
alm. Der Prozess | |
![]() | |
Müəllif | Frans Kafka |
Orijinalın dili | alman dili |
Ölkələr | |
Orijinalın nəşr ili | 1925 |
Elektron versiya | |
![]() |
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/az/thumb/6/67/Frans_Kafka._M%C9%99hk%C9%99m%C9%99.jpg/200px-Frans_Kafka._M%C9%99hk%C9%99m%C9%99.jpg)
Bu roman müəllifin həyatında baş verən vacib hadisələr dövründə meydana gəlmişdir (1914–1915-ci illər). 1914-cü ilin iyulunda o Felise Bauer ilə nişanlanır. Bu vaxtda Birinci dünya müharibəsi başlayır. Həmin ilin payızından başlayaraq ailəsindən ayrı otaqda yaşamağa başlayır. Roman üzərində iş onun protaqonisti Yozefin ölümü ilə başa çatır. Məhkəmə prosesi Kafkanın orijinal əsərlərindəndir. Bu kitab Kafkaya XX əsrin ikinci yarısında teatr və kinoda hökm sürən postmodernizmdə böyük ad qazandırır. Romanda təsvir olunan proses "heç nədən" başalyır və heç də "əhəmiyyətli olmayan ölümlə" başa çatır.