Məhəmməd Qarabaği
From Wikipedia, the free encyclopedia
Məhəmməd Qarabaği – filosof və ilahiyyatçıdır. 15-ci əsrin ikinci yarısında Qarabağda doğulub. O, hənəfilik məzhəbi üzrə hüqüqşünas olduğundan, "hənəfi" adı ilə tanınıb. Sonradan Rum ölkəsinə (Kiçik Asiya) gedib, orda fəaliyyət göstərdiyindən, mənbələrdə Rumi deyə də yad edilir. İstambulun bir çox mədrəsələrində dərs deyib. İznikdə Süleyman Paşa və Orxan Qazi mədrəsəsində işləyib. 1535-ci ildə İznikdə vəfat edib.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qarabağinin fəlsəfəyə dair "Elmin və idrakın mahiyyətinin təhqiqinə aid traktat"ı və digər şərhləri 1963-cü ildən Qahirənin "Xədiviyyə" kitabxanasında saxlanılır. Türkiyənin Darül Məsnəvi, Carullah kitabxanalarında saxlanılan əlyazma topluları da məşhurdur. Azərbaycan filosofunun Siracəddin Əli Uşi Fərqaninin (12 əsr) ilahiyyata dair "İmamların başlanğıcı" əsərinə həsr etdiyi şərhlə Mustafa ibn Yusif Müstarinin 1691-ci ildə öz əli ilə yazdığı haşiyə Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət Kitabxanasında saxlanılır.
Qarabağinin "Mühazirələr" kitabı onun haqqında sğhbət açan bütün müəllifləri özünə cəlb edib. Əsərdə 23 dini, fəlsəfi, etik, siyasi məsələdən bəhs olunur. Dünyanın müxtəlif şəhərlərində "Mühazirələr" kitabının on beşdən çox əlyazması nüsxəsi saxlanılır. Onlardan ən qədim nüsxə 1571-ci ilə aiddirç əksəriyyəti Türkiyədə saxlanılır. "Filosofların təkzibi" əsəri Əl Qəzali ilə İbn Rüşdün eyni adlı deyişməsinə xitabən yazılıb. Onun mübahisə etmək qaydalarına dair əsəri 1907-ci ildə Temirxan Şurada nəşr edilib.