Mədinənin mühasirəsi
From Wikipedia, the free encyclopedia
Mədinənin mühasirəsi (ərəb. حصار المدينة المنورة, türk. Medine Kuşatması, ing. Siege of Medina) və ya Mədinənin müdafiəsi (türk. Medine Müdafaası) — 1916-cı ildən 1919-cu ilə qədər dəvam edən, Fəxrəddin paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Britaniya-Hicaz qüvvələri arasında baş vermiş döyüş. Mədinənin mühasirəsi Birinci dünya müharibəsi zamanı baş qaldıran Ərəb üsyanının nəticəsi idi.
Mədinənin mühasirəsi | |||
---|---|---|---|
Birinci dünya müharibəsi Ərəb üsyanı | |||
![]() T.E. Lourens Akkəbə şəhəri ətrafında | |||
Tarix | iyun 1916 – 10 yanvar 1919 | ||
Yeri | Mədinə, Hicaz vilayəti | ||
Nəticəsi | ərəblərin və britaniyalıların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
![]() |
Şərif Hüseynin 1916-cı ildə Britaniyanın dəstəyi ilə başlatdığı mühasirə 2 il 7 ay davam etdi. Mühasirə Mudros müqaviləsinin imzalanmasından sonra VI Mehmedin israrı ilə Fəxrəddin paşanın rəhbərlik etdiyi qarnizon qüvvələrinin təslim olması ilə sona çatdı. Mədinədəki Osmanlı qarnizonu sülh müqaviləsinin şərtlərinə görə təslim olan son Osmanlı hərbi birliyi idi. Münaqişə zamanı mədinəlilərin böyük bir hissəsi şəhəri tərk etmişdi. Mühasirə sona çatandan sonra Fəxrəddin paşa britaniyalı komandirlər tərəfindən ələ keçirildi və Maltaya sürgün edildi.