Müstəqillik Günü (Pakistan)
From Wikipedia, the free encyclopedia
Müstəqillik günü (urdu یوم آزادی; Youm-e Azadi)— Pakistanda hər il avqustun 14-də keçirilən milli bayram.[1] Pakistan 1947-ci ildə Britaniya Hindistanının süqutunun ardından suveren dövlət elan olundu və dövlətin müstəqillik əldə etdiyi bu gün bayram kimi qeyd edilməyə başladı. Pakistan Cənubi Asiyanın şimal-qərb regionların bölgüsü üzrə müstəqil müsəlman dövlətinin yaradılmasına yönələn Pakistan hərəkatının nəticəsində yaranıb. Hərəkat Məhəmməd Əli Cinnahın liderliyi altında Bütün Hindistan Müsəlman Liqası tərəfindən başladılıb. Hadisə Qərbi Pakistan (hal-hazırkı dövrdə Pakistan) və Şərqi Pakistandan (hal-hazırkı dövrdə Banqladeş) ibarət olan Pakistan dominionuna (sonralar Pakistan İslam Respublikası) 1947-ci il Hindistan Müstəqillik Aktına görə Britaniya Hindistanı altında müstəqilliyin verilməsinə gətirib çıxarıb. İslam təqvimində müstəqillik günü müsəlmanlar tərəfindən müqəddəs dəyərləndirilən qədr gecəsi ərəfəsinə Ramazanın 27-ci gününə təsadüf etmişdi.
Müstəqillik günü urdu یوم آزادی | |
---|---|
| |
Rəsmi adı | Pakistanın müstəqillik günü |
Ölkə | |
Növ | Milli bayram |
Həsr olunub | Pakistan hərəkatı |
Tarix | 14 avqust |
Vikianbarda əlaqəli mediafayllar |
Müstəqillik günü münasibətilə əsas mərasim prezident və parlament binalarında dalğalanan dövlət bayrağının yerləşdiyi İslamabadda keçirilir. Bunun ardınca dövlət himni səsləndirilir və rəhbərlərin televiziya ilə canlı çıxışları olur. Gün ərzində adi bayram tədbirləri və şənliklərə bayrağın qaldırılması mərasimi, paradlar, mədəni tədbirlər və vətənpərvərlik mahnılarının oxunması daxildir. Mükafatlandırma mərasimlərinin çoxu bu gündə baş tutur. Vətəndaşlar öz evlərinin yuxarısına milli bayrağı qaldırırlar və ya nəqliyyat vasitələri və geyimlərində nəzərə çarpacaq dərəcədə bu bayramı nümayiş etdirirlər.