Mürəkkəbçiçəklilər
From Wikipedia, the free encyclopedia
Mürəkkəbçiçəklilər (lat. Asteraceae) — i̇kiləpəlilər sinfinin astraçiçəklilər sırasına aid bitki fəsiləsi.
Mürəkkəbçiçəklilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Mürəkkəbçiçəklilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bu fəsiləyə daxil olan 900–1000 cinsin 25000-ə yaxın növü var. Demək olar ki, Yer kürəsinin hər tərəfinə yayılmışdır, və bütün iqlim zonalarında mövcuddur və əksəriyyəti otşəkilli bitkidir. Çiçəyinin quruluşu : Çiçəkləri səbət çiçək qrupunda toplanmışdır. Səbəti təşkil edən çiçəklərdə bəzən kasa yarpaqları olmur, və ya tükşəkilli olub kəkil əmələ gətirir. Erkəkcikləri 5 ədəddir. Onların tozluqları bitişərək içərisindən dişicik sütuncuğu keçən boru əmələ gətirir. Dişicikləri 2 ağızcıqlıdır. Mürəkkəbçiçəklilərin səbəti müxtəlif tipli çiçəklərdən təşkil oluna bilər. Bu çiçəklərin əksəriyyəti həşəratlarla çarpaz tozlanır. Meyvəsi-toxumçameyvədir. Bir çoxunun toxumçameyvələrində küləklə yayılmanı təmin edən uçağanı olur.
Mədəni və yabanı nümayəndələri: mədəni nümayəndələrinə-günəbaxan, topinambur, astra, georgin aiddir.
Yabanılara isə zəncirotunu, göyçiçəyi, çobanyastığını, dəvədabanını və s. göstərmək olar.
Mürəkkəbçiçəklilərin aptek birəotu, üçbarmaq, andız kimi nümayəndələri dərman bitkiləri hesab olunur. Georgin, astra, payızgülü isə bəzək bitkisi (dekorativ bitki) kimi becərilir.