Müqəddəs Pyotr bazilikasının orqanı
From Wikipedia, the free encyclopedia
Müqəddəs Pyotr bazilikasının əsas orqanı 1953-1962-ci illər arasında Roma şəhərində və mühəndis Valkerin orqan nümunələri əsasında Tamburini adlı məşhur italyan şirkəti tərəfindən hazırlanmışdır. Xor sütunlarının arxasında yerləşən orqan iki hissəyə ayrılıb və 80 registrdən ibarətdir. Musiqi nöqteyi-nəzərindən orqan binanın ümumi həcminə uyğun gəlmirdi və bu səbəbdən də o, “Dünyanın ən möhtəşəm xor orqanı”[1] tituluna layiq görülmüşdür. XIX və XX əsrin başlanğıcında bir çox ustaların təklif buyurduqları daha sadə, lakin öz proporsiyaları ilə xor hissəsinə ahəngdarlıq bəxş etmə qabiliyyətinə sahib olacaq orqan layihələrindən heç birisi reallaşdırılmamışdır.
Yuxarıda adı qeyd olunmuş korpusun qarşısındakı xor kapellalarında iki ədəd iki manuallı orqan quraşdırılmışdır. 1887-ci ildə hazırlanmış Morettini orqanı 18 registrə, Tamburini şirkətinə məxsus orqan isə 21 registrə malikdir. Almaniyalı siyasətçi və SPD partiyasının üzvü Helmut Şmidt tərəfindən Roma Papasına 1981-ci ildə hədiyyə edilmiş Valker orqanı özündə cəmi 11 registri birləşdirir.
1989-cu ildən etibarən, MPB-nın baş orqanisti vəzifəsini Ceyms Edvard Göttçe icra edir.